Böyük Britaniya hökuməti ABŞ qüvvələrinin İrana qarşı həyata keçirilən əməliyyatlar zamanı ölkəyə məxsus hərbi bazalardan istifadəsini təsdiqləyib.
Bloomberg agentliyinin yaydığı məlumata görə, Britaniyanın yeni baş naziri Endi Bernhem bu məsələdə sələfi Kir Starmerin mövqeyini davam etdirərək ABŞ-yə hərbi bazalardan istifadə icazəsi verib.
Bildirilir ki, ABŞ qüvvələri İranın raket təhdidinə qarşı həyata keçirilən əməliyyatlar, eləcə də Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məqsədilə Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazasından və İngiltərədəki RAF Fairford aviabazasından istifadəni davam etdirə biləcək.
Məlumata görə, bazar ertəsi vəzifəsinin icrasına başlayan Endi Bernhem bu qərarla bağlı məlumatlandırılıb və onu təsdiqləyib. Mənbələrin sözlərinə görə, qərar ABŞ-nin İrana qarşı davam edən hərbi əməliyyatlarında Britaniya hərbi infrastrukturundan istifadəyə imkan yaradır.
Qeyd edək ki, bu məlumat ilk olaraq Bloomberg agentliyi tərəfindən yayılıb və Asr Iran nəşri tərəfindən dərc edilib.


























