Türkiyə–Azərbaycan peşə təhsil müəssisəsi yaradılacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Mərkəzinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.
İ.Bayramlı bildirib ki, mərkəzdə ilkin mərhələdə 5 ixtisas üzrə tədris təşkil olunacaq. Hazırda layihə ilə bağlı hazırlıq işləri davam etdirilir.


























