Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran və ABŞ arasında davam edən gərginliyin heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Lavrovun sözlərinə görə, münaqişənin davam etdirilməsi nə ABŞ-nin, nə də İranın maraqlarına xidmət edir.
Rusiya XİN başçısı vurğulayıb ki, Moskvanın heç bir ölkəyə hücum etmək niyyəti yoxdur. Bununla yanaşı, o xəbərdarlıq edib ki, əgər Avropa Rusiya ilə birbaşa münaqişəyə başlasa, bu, qeyri-ənənəvi müharibəyə səbəb ola bilər.


























