image-reklam-veteninfo
image-1backend

“Xatəm əl-Ənbiya”: ABŞ bizi nüvə obyektlərinə hücumla hədələyir

image-reklam-veteninfo

ABŞ İranı nüvə obyektlərinə hücumla hədələyir.

“Tasnim” xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının bəyanatında bildirilib.

“Amerika İranın nüvə və digər strateji əhəmiyyətli obyektlərinə hücum etməklə hədələyir”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, ABŞ nüvə obyektlərinə hücum etsə, İran bunu regionda münaqişənin gərginləşməsi kimi qiymətləndirəcək: “ABŞ və onun müttəfiqlərinin maraqları İranın güclü zərbəsinin hədəfinə çevriləcək”.

Xatırladaq ki, iyulun 19-da İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin “Darkhovin” Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) isə “Darkhovin” AES-in tikinti sahəsinə gecə saatlarında baş vermiş hücumla bağlı məlumatları araşdırdığını açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki