Tbilisinin Vera rayonunun Şanidze küçəsində silahlı insident baş verib.
Vətəninfo.az xəbər verir ki, hadisə zamanı 3 nəfərin yaralandığı bildirilir.
Yaralanan üç nəfərdən biri qadındır, o, küçədə gedərkən gülləyə tuş gəlib.
Yaralı iki gəncdən biri 18 yaşında, digəri isə yetkinlik yaşına çatmayandır. Onlardan biri Xeçinaşvili Universiteti Klinikasına aparılıb.


























