image-reklam-veteninfo
image-1backend

10 min diplomatın şəxsi məlumatları oğurlanıb

image-reklam-veteninfo

Cənubi Koreya Xarici İşlər Nazirliyi nazirliyin rəqəmsal məlumat bazalarının haker hücumuna məruz qaldığını və nəticədə hakerlərin 10.000 diplomatın şəxsi məlumatlarına çıxış əldə etdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verir. Qəzet bildirir ki, Cənubi Koreya hökuməti bütün mümkün ssenariləri nəzərdən keçirir. Bu ilin fevral ayında hakerlərin Distant Təhsil Akademiyası vasitəsilə Xarici İşlər Nazirliyinin rəqəmsal sistemlərinə daxil ola bildiyinə dair şübhələr var idi. O dövrdə Akademiyanın platforması bloklanmışdı və bu günə qədər bloklanıb. Hakerlərin Şimali Koreya ilə əlaqəli olduğu da istisna edilmir. Onu da qeyd etmək lazımdır ki, bu, Cənubi Koreyada haker hücumları nəticəsində böyük miqdarda məlumatın oğurlanması ilə bağlı ilk hal deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki