“Wall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, Prezident Donald Tramp Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramını inkişaf etdirməsinə şərait yaradan tarixi sazişi rəsmi olaraq təsdiqləyib.
30 il müddətinə nəzərdə tutulan bu müqavilənin dəyərinin on milyardlarla dollar olduğu təxmin edilir.
Sənəd Amerika şirkətlərini Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun mərkəzinə yerləşdirir, ABŞ-nin nəzarət imkanlarını genişləndirir və digər xarici rəqibləri bu sahədən kənarda saxlamağı hədəfləyir.
Sazişin ən mühüm şərtlərindən biri də budur: Əgər Vaşinqton və Ər-Riyadın birgə araşdırmaları belə bir obyektin vacib olduğunu ortaya qoyarsa, Amerika şirkətlərinə Səudiyyə Ərəbistanında uranı zənginləşdirən xüsusi müəssisə tikməyə icazə veriləcək.
Tramp administrasiyasının rəsmiləri bildirirlər ki, bu müqavilə Səudiyyə Ərəbistanının nüvə planlarına dəstək verməklə yanaşı, proqramın hərbi məqsədlərlə (silah istehsalı üçün) istifadə edilməsinin də da qarşısını almağa kömək edəcək.
Yaxın günlərdə baxılması üçün ABŞ Konqresinə təqdim olunacaq sənədin Yaxın Şərqdə nüvə gücünün artmasından narahat olan bəzi konqresmenlərin müqaviməti ilə qarşılaşacağı gözlənilir.


























