Vətəninfo.az xəbər verir ki, Livanın Baş naziri Nəvaf Salam çərşənbə axşamı İsrail qoşunlarının geri çəkildiyi Zavtar əl-Qərbiyyə şəhərinə səfər edib və şəhər meriyası meydanında respublika bayrağını qaldırıb.
“Livan hökuməti işğalın tamamilə sona çatmasını milli məsələ hesab edir”, – deyə o bildirib. “Biz hələ yolun əvvəlindəyik, amma qətiyyətlə doluyuq və İsrail qüvvələrinin bütün ərazimizdən çıxarılmasını təmin etmək üçün bütün diplomatik səyləri göstəririk”.
Baş nazir dövlətin mülki şəxslərin geri qayıtmasını təşkil etmək üçün artıq vəsait ayırdığını açıqladı. “Livan ordusu vətəndaşları qorumaq üçün buradadır. Yerləşdirmə ilə paralel olaraq, yolları və dağıntıları təmizləyir ki, bu da əhalinin evlərinə və kəndlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına imkan verəcək”, – deyə o vurğuladı.
Salama görə, xalqın öz torpaqlarına qayıtması “Livanın birliyini və suverenliyinin bərpasını simvolizə edir”.
İsrail ilə razılaşmaya əsasən, Zəvtər əl-Qərbiyyə ölkənin cənubundakı ilk “pilot zonası”nın mərkəzinə çevrilib. Orada yerləşən Livan ordu bölmələri bölgədə sabitliyi qorumaq qabiliyyətlərini nümayiş etdirməli və şiə təşkilatı Hizbullahın tərəfdarlarını tərksilah etməyə başlamalıdırlar.


























