image-reklam-veteninfo
image-1backend

ABŞ İranın cənubundakı Cask şəhərini raket atəşinə tutdu

image-reklam-veteninfo

ABŞ İranın cənubunda yerləşən Cask şəhərinə raket zərbələri endirib.

Vətəninfo.az xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib. Raket zərbələri nəticəsində şəhərdə güclü partlayışlar qeydə alınıb.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dəymiş ziyanın miqyası barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, son günlər ABŞ ilə İran arasında artan gərginlik fonunda qarşılıqlı hərbi əməliyyatlar davam edir. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki