İranın Suriyada yerləşən ABŞ hərbi bazalarından birinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, hücum zamanı ABŞ qüvvələri hədəfə doğru hərəkət edən İran dronunu zərərsizləşdirməyə cəhd göstərib. Lakin iddialara əsasən, bu cəhd uğursuz olub və pilotsuz aparat nəzərdə tutulan hədəfə çatıb.
Hadisə ilə bağlı ABŞ və ya İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər. Hücum nəticəsində hərbi bazaya dəyən zərər və mümkün itkilərlə bağlı da dəqiq məlumat açıqlanmayıb.
Qeyd edək ki, son günlər Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin artması fonunda bölgədə hərbi insidentlərin sayı da çoxalıb.


























