Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk NATO ölkəsidir.
Vətəninfo.az -ın “TASS”a istinadən verdiyi məlumata görə , bu barədə Böyük Britaniyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.
“Hollandiya 500 milyon avro dəyərində komponentləri və Patriot raketləri də daxil olmaqla, Amerika silah sistemləri paketini Ukraynaya çatdıran ilk NATO ölkəsi oldu”, – o, X-də yazıb.