image-photo-2021-11-18-08-38-33-1backend

İcra olunmadan kağız üzərində qalmış beynəlxalq qətnamələr.

image-reklam_sirab_01

Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra uzun müddət bu problemin qarşısını almaq üçün səy göstərilmədi. Bunun bir çox səbəbi var amma əsas səbəblərindən biri isə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə maraq göstərməməsi idi. Çünki bu məsələ Sovet İttifaqının dağılmasını sürətləndirən amillərdən biri idi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sonrakı faciəvi nəticələrin qarşısını alırdı. Dağlıq Qarabağ münaqişəsinin alovlanması, birbaşa Kremlin ssenarisi idi. “Parçala və hökm sür” prinsipi əsasında qurulan birliyin qanunu, terrorizmin yayılmasını məhdudlaşdıraraq regional mübahisələri təhlükəsizlik problemlərindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Lakin SSRİ-nin planı əks nəticə verdi və etnik münaqişələr nəinki gecikdirdi, həm də imperiyanın süqutunu sürətləndirdi. Ermənilər lobbinin imkanlarından istifadə edirdilər. Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı sərt strategiyasına biganəliyi həmişə müşayiət olunurdu. Ermənistan silahlı qüvvələri 1992-ci ildə respublikamızın ərazisini zəbt etmək məqsədi ilə həyata keçirdiyi hərbi əməliyyatların miqyasını kəskin surətdə artırmışdı. Lakin heç bir beynəlxalq qurum baş verən və beynəlxalq hüququ kobud şəkildə pozan bu təcavüz aktlarını müstəqil şəkildə qiymətləndirməmişdir. Fundamental olaraq, BMT, ATƏT və Avropa İttifaqı müxtəlif dövrlərdə qətnamələr və şərhlər verirdi, lakin bu sənədlər müharibənin əsl səbəblərini adekvat şəkildə müəyyənləşdirmədi və təcavüzkar ilə təcavüzə uğrayan arasında arasında fərq qoymadı.
1991-ci ildə Azərbaycan Respublikası bütün beynəlxalq qurumlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət etmişdir. Azərbaycan 1992-ci ilin martında BMT-yə qəbul edildikdən sonra Azərbaycan BMT-dən Ermənistanın işğalçı siyasətinə münasibət bildirməyi və onun qarşısını almaq üçün müdaxilə etməsi üçün müraciət etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə cavab olaraq bölgəni gəzərək BMT Baş katibinə məlumat verib, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi ATƏM-in problemin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdi və təşkilata məqsədlərinə çatmaqda köməklik göstərəcəyini öhdəsinə götürdü.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanın Azərbaycana təcavüzünə cavab olaraq 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin hər birində Ermənistanın təcavüzü pislənilir və Ermənistan əsgərlərinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Maraqlı hal odur ki, göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmamışdır. Lakin 2020-ci ildə Azərbaycanın müzəffər ordusu və Ali Baş Komandan İlham Əliyevin sayəsində BMT-nin bütün qətnamələrini Azərbaycan özü yerinə yetirdi.
Qərbi Kaspi Universetinin doktorantı- Tahir Ağayev.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki