image-photo-2023-01-16-09-08-05backend

İdmana olan dövlət dəstəyinin bariz nümunəsi

image-reklam_sirab_01

Prezident İlham Əliyev “İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq” deməklə idmançıları daha da həvəsləndirib
Ötən il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Dövlət tərəfindən həyata keçirilən islahatlar sayəsində müxtəlif sahələr üzrə müsbət nəticələr əldə olundu. Beynəlxalq arenada Azərbaycan öz mövqeyini daha da möhkəmləndirdi. Bu da Azərbaycanın uğurlu daxili və xarici siyasətinin göstəricisidir. Ölkəmizin bu uğurları idman sahəsində də müşahidə olundu. Bu baxımdan Azərbaycan idmançılarının qələbələri, bayrağımızı ucaltmaları xüsusi qeyd edilməlidir. İdmançılarımızın bu uğuları Prezident İlham Əliyev tərəfindən daima yüksək qiymətləndirilir. Yanvarın 9-da Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimin keçirilməsi bunu bir daha təsdiqləyir. Cənab Prezident bu mərasimdə geniş çıxış edərək Azərbaycan dövləti tərəfindən idman sahəsində görülən işlərə bir daha nəzər saldı. Qarşıda idman sahəsində görüləcək işlərin, keçiriləcək yerli və beynəlxalq yarışların müzakirəsi aparıldı.
Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur: “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu”.
Dövlətimizin başçısı idmançılarımızın ötən il qazandıqları medalların statistikasını da qeyd etdi: “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil”.
Mərasimdə cənab Prezident, həmçinin Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, idmana və idmançılara olan dövlət dəstəyinin bariz nümunəsidir. Prezident İlham Əliyev “İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq” deməklə idmançıları daha da həvəsləndirib. Əlbəttə ki, ölkə başçısı tərəfindən bu diqqət idmançılarımız üçün böytük motivasiyadır. Bu o deməkdir ki, idmançıların sosial problemləri həll olunur. Artıq hər bir idmançı yalınız özünün inkişafı, qarşıdakı yarışlara hazırlaqla məşğuldur. Bu gün idmançılarımız öz üzərində dövlətin diqqət və qayğısını hiss edir. Buna görə də Azərbaycan idmançıları ölkəmiz naminə yarışlara böyük ruh yüksəkliyi ilə qatılırlar.
Diqqət çəkən məqam paytaxtda və regionlarda idmançıların məşq etmələri üçün yaradılan şəraitdir. Artıq bütün rayonlarda idman kompleksləri tikilib. Bu idman komplekslərində idmançıların məşq etmələri üçün müasir standartlara uyğun hər bir şərait yaradılıb. Hətta “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı”na uyğun olaraq işğlaldan azad oluna rayonlarda da belə komplekslər tikiləcək. Cənab Prezident mərasimdə bu haqda da danışarq bildirdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur: “Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir”.
Gənc idmançılar öz kariyeraları yolunda böyük inamla addımlamalıdırlar. Cənab Prezident çıxşında gənc idmançıların hazırlanması prosesini aidiyyəti qurumlara göstəriş olaraq deyib: “Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”. Belə bir şəraitin yaradılması idmançılar və onların məşqçilərinin məsuliyyətini daha da artırır. Təkcə qalıb onların öz üzərində çalışmaları, davamlı məşq etmələri və qələbə qazanmaları. Yəni dövlət idmançılarımızdan yeni-yeni nəticələr gözləyir.

 

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki