image-reklam-veteninfo
image-1backend

İrəvan erməni separatçılarıyla bağlı neytral ölkəyə üz tutub

image-reklam-veteninfo

Ermənistan Bakıda cəza çəkən erməni separatçılarına konsulluq səfəri təşkil etmək üçün üçüncü, neytral ölkəyə müraciət edib.

Ermənistan Xarici İşlər Nazirliyi hansı ölkəyə müraciət etdiklərini dəqiqləşdirmədən bu barədə məlumat verib.

Nazirlik nümayəndələrinin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə Bakı həbsxanalarında cəza çəkən ermənilərə səfərlərin bərpası ehtimalı ilə bağlı aktiv danışıqları davam etdirdiyini vurğulayıb.

“Ermənistan Xarici İşlər Nazirliyi BQXK nümayəndələri ilə müntəzəm olaraq görüşür və onları ziyarət etmək imkanlarını müzakirə edir, lakin BQXK bu il lazımi icazəni almayıb”.

Qeyd edək ki, belə bir səfər üçün ilk növbədə Azərbaycanın razılığı tələb olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki