Vətəninfo.az xəbər verir ki, Maltanın əsas neft bunkeri şirkəti olan “Alkagesta”nın ardıcıl və əsassız ticarət nişanı şikayətləri səbəbindən “Meta” şirkəti “The Maltese Herald” nəşrinin instaqram hesabını bağlayıb, Facebook hesablarına isə məhdudiyyətlər tətbiq edib.
Nəşrin yaydığı məlumata görə, “The Maltese Herald” sözügedən şirkətin fəaliyyətini, o cümlədən Rusiya neftinin ticarətindəki rolunu, qaçaqmalçılıq yolu ilə gətirilən Liviya neftini və gizli mülkiyyət strukturunu geniş şəkildə araşdıran yeganə Malta mətbuat orqanı olub.
Araşdırma dərc olunduqdan sonra “Alkagesta” yerli redaktorların rəğbətini qazanmaq məqsədilə mətbuatda reklam kampaniyasına başlayıb, eyni zamanda nəşrə qarşı onlayn vandalizm və saxta ticarət nişanı şikayətləri kimi sistemli təzyiqlərə əl atıb. Məqalələrin Tumblr-da təkrar dərc edilərək “Google” və “Meta”-ya yüzlərlə əsassız şikayətlərin göndərilməsi nəticəsində media qurumunun sosial media hesabları bloklanıb.
Bununla əlaqədar olaraq, nəşr rəhbərliyi Kamran Ağayevin sahibi olduğu”Alkagesta”ya qarşı dələduzluq ittihamı ilə polisə şikayət etdiyini, həmçinin onlayn vandalizmə son qoymaq üçün müstəsna hüquqi tədbirlər və Aİ səviyyəsində siyasət dəyişiklikləri həyata keçirəcəyini bəyan edib. Redaksiya oxucularını sərbəst və müstəqil mətbuatı qorumaq üçün abunə olmaqla və ianələrlə dəstəkləməyə çağırır.
Mənbə: The Maltese Herald


























