image-img-20210714-wa0005backend

Könül Nurullayeva: “Prezident mina xəritələrini Qoşulmama Hərəkatının toplantısında gündəmə gətirməklə Ermənistanı növbəti dəfə ifşa etdi”

image-reklam_sirab_01

Azərbaycan üzv olduğu bütün təşkilatlarda etimad qazanaraq beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərininin aralıq konfransında bir daha aydın oldu ki, Azərbaycanın sədrliyi dövründə bu təsisatda xüsusi fəallıq müşahidə olunur.
10 il əvvəl dünyanın ikinci ən böyük təsisatına-Qoşulmama Hərəkatına üzv olan​ Azərbaycan çox qısa müddətdə böyük etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Ölkəmizin bu nüfuzlu təsisata sədrliyi pandemiya dövrünə təsadüf etdi və Azərbaycan yeni yaranmış vəziyyətə çevik reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüslər irəli sürdü. Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə oldu. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsə qarşı çıxan yeganə ölkə Ermənistan isə bu yanaşmasına görə rəsməm rüsvay oldu.
2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Bütün təşəbbüslər kimi, Azərbaycanın Qoşulmama Hərəkatı tərəfindən COVİD-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasına dair təşəbbüsü də müsbət qarşılandı.
Bu, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsinin dünya birliyi tərəfindən təqdir edilməsidir.
Azərbaycanın sədrliyi dövründə ən böyük uğurlardan biri ərazi bütövlüyümüzün bərpası oldu. Ali baş komandan İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Bununla da sədrliyi dövründə Azərbaycan Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən birini uğurla həll etdi. Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə QH-nın 7 üzvü BMT TŞ-da Azərbaycan əleyhinə qəbul edilməsi nəzərdə tutulan qərəzli bəyanata qarşı qətiyyətli mövqe nümayiş etdirdi. Bu, Azərbaycanın düzgün, məqsədyönlü və praqmatik xarici siyasət həyata keçirməsinin nəticəsi idi.
Postmünaqişə dövründə isə qarşıda duran əsas məqsədlərdən biri Ermənistanın minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməsidir ki, Prezident İlham Əliyev​ Qoşulmama Hərəkatının toplantısında bir daha məsələni gündəmə gətirdi. Minaların azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngitməsi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu, beynəlxalq miqyasda Ermənistanın növbəti​ ifşasıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki