image-reklam-veteninfo
image-1backend

Pentaqon: Hörmüz boğazı ilə 500 milyon barelə qədər neft təhlükəsiz daşınıb

image-reklam-veteninfo

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ ordusunun Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi müşayiət əməliyyatı may ayında elan olunsa da, gizli şəkildə davam etdirilib.

Vətəninfo.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti nəticəsində İranın təhdidlərinə baxmayaraq, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə təxminən 400–500 milyon barel neft təhlükəsiz şəkildə daşınıb.

Pit Heqset bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb. O qeyd edib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) həyata keçirdiyi müşayiət əməliyyatı çərçivəsində ticarət gəmilərinin təhlükəsiz keçidi təmin olunub.

Nazir bildirib ki, ABŞ ordusu uzun müddətdir Hörmüz boğazında gəmi hərəkətini yaxından izləyir. Bununla yanaşı, beynəlxalq gəmiçilik məlumatlarına əsasən, ABŞ və İran arasında artan gərginlik fonunda son günlər boğazdan keçən gəmilərin sayı azalıb. Bu vəziyyət isə qlobal enerji bazarında neft qiymətlərinin yüksəlməsinə təsir göstərib.

Heqset eyni zamanda etiraf edib ki, İran kommersiya gəmilərini hədəfə almaq üçün texniki imkanlarını hələ də qoruyub saxlayır.

Vaşinqton ştatını təmsil edən demokrat senator Petti Mürreynin sualını cavablandıran ABŞ müdafiə naziri deyib: “İran Hörmüz boğazından keçid üçün ödəniş tələb etmir. Hazırda onlar sadəcə gəmilərə atəş açırlar.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki