İngiltərənin “Çelsi” klubu yay transfer dövrünün ən səs-küylü keçidlərindən birini rəsmiləşdirib.
Vətəninfo.az xəbər verir ki, London təmsilçisi “Aston Villa”dan transfer etdiyi 23 yaşlı ingilis futbolçu Morqan Rocers ilə 5+1 illik müqavilə imzalayıb.
Məlumata görə, transferin dəyəri 117 milyon funt-sterlinq (təxminən 137,6 milyon avro) təşkil edib. Bununla da Rocers “Çelsi” tarixinin ən bahalı transferlərindən birinə çevrilib.
Gənc yarımmüdafiəçinin yeni mövsümdən etibarən “Çelsi”nin heyətində çıxış edəcəyi gözlənilir.


























