image-reklam-veteninfo
image-1backend

Pit Heqset : İranla müharibənin ABŞ üçün təxmini dəyəri 37,5 milyard dollardır

image-reklam-veteninfo

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, İranla hərbi qarşıdurmanın ABŞ üçün indiyədək təxmini dəyəri 37,5 milyard dollar təşkil edir. Bununla belə, ekspertlər yekun məbləğin daha yüksək ola biləcəyini istisna etmirlər.

Vətəninfo.az xəbər verir ki, ABŞ Senatında büdcə dinləmələri zamanı demokrat senator Dik Durbin müdafiə nazirindən ABŞ və İran arasında atəşkəsin pozulması fonunda hərbi xərclərin daha da artıb-artmayacağını soruşub.

Pit Heqset cavabında bildirib ki, açıqlanan 37,5 milyard dollarlıq məbləğə cari maliyyə ilinin sonunadək davam edəcək əməliyyat xərcləri, o cümlədən qoşunların ərzaq və logistika təminatı da daxildir.

Bundan əvvəl, mart ayında analitiklər mövcud hərbi əməliyyatlar və Konqres üçün hazırlanmış xərc hesablamalarına əsasən, İranla müharibənin ABŞ vergi ödəyicilərinə gündə 890 milyon dollardan çox başa gəldiyini qiymətləndirmişdilər. Həmin hesablamalara hava və dəniz əməliyyatları, quru qoşunlarının saxlanılması, silah sistemlərinin tətbiqi və raketlərin zərərsizləşdirilməsi xərcləri daxil edilib. Mütəxəssislərin fikrincə, münaqişənin ilk mərhələsi ən yüksək maliyyə yükü yaradan dövr olub.

May ayında Pentaqonun maliyyə nəzarətçisi Cey Herst III müharibənin ilkin dəyərini 29 milyard dollar səviyyəsində qiymətləndirmişdi.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ötən ay açıqladığı ilkin təhlilə əsasən isə münaqişənin ABŞ Müdafiə Nazirliyinə təxminən 40 milyard dollara başa gəldiyi hesablanır. CSIS-in baş müşaviri Mark Kansian CNN-ə bildirib ki, bu hesablamaya əməliyyat xərcləri daxil edilməyib. Onun sözlərinə görə, həmin xərclər artıq Pentaqonun 2026-cı maliyyə ili üzrə 1 trilyon dollardan çox olan büdcəsində nəzərdə tutulub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki