image-reklam-veteninfo
image-umzdwteajbzqwgkqbackend

BƏƏ Hörmüz boğazından istifadədən imtina etdi 

image-reklam-veteninfo

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracında Hörmüz boğazından asılılığı tamamilə aradan qaldırmağı hədəfləyir.

Vətəninfo.az xəbər verir ki, BƏƏ-nin Ticarət üzrə Dövlət Naziri Sani bin Əhməd Əl-Zayudi CNBC Arabia telekanalına müsahibəsində bildirib ki, ölkə enerji ixracı, xüsusilə də neft daşımaları üçün Hörmüz boğazından asılılığı “sıfır” səviyyəsinə endirməyə yönəlmiş strateji proqram həyata keçirir.

Nazirin sözlərinə görə, hazırda alternativ ixrac marşrutu üzərində işlər davam etdirilir və layihənin tikintisinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur. Bununla yanaşı, gələcəkdə neft hasilatının artırılmasını dəstəkləmək məqsədilə üçüncü ixrac dəhlizinin yaradılması imkanları da araşdırılır.

Əl-Zayudi qeyd edib ki, BƏƏ-nin nəqliyyat infrastrukturunun İraqın Bəsrə şəhəri vasitəsilə Türkiyə və Suriyaya inteqrasiyası strateji əhəmiyyət daşıyır. O əlavə edib ki, Əbu-Dabi yaxın aylarda Türkiyə–Bəsrə nəqliyyat dəhlizinin inkişafına yatırımları sürətləndirməyi planlaşdırır.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur və bu keçiddən asılılığın azaldılması BƏƏ-nin enerji təhlükəsizliyi strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki