image-reklam-veteninfo
image-1backend

Ukraynanın yeni komandanı bu şəxs olacaq

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən azad etdiyini və bu vəzifəyə Mixaylo Drapatini təyin etdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Zelenski Sırskiyə Xarkov və Kursk istiqamətlərində aparılan əməliyyatlarda, eləcə də Kiyevin müdafiəsində göstərdiyi xidmətlərə görə təşəkkür edib. O bildirib ki, Ukrayna ordusu mühüm yol qət edib və ölkənin müdafiəsi bundan sonra da davam edəcək.

Prezident qeyd edib ki, Sırski və Baş Qərargah rəisi Andrey Hnatovla gələcək xidmət formatı, həmçinin səlahiyyətlərin təhvil verilməsi prosesi artıq müzakirə olunub.

“Hamımızın məqsədi birdir – düşmən üzərində qələbə qazanmaq və cəbhədə Rusiyaya təzyiqi artırmaqla onu ədalətli sülhə məcbur etməkdir”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bütün rəsmi qərarlar iyulun 22-də qüvvəyə minəcək. Zelenski həmçinin Ukraynanın bu prosesdən daha güclü çıxacağına və Rusiyanın vəziyyətinin daha da çətinləşəcəyinə əmin olduğunu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki