image-photo-2021-12-14-10-08-40backend

Medianın inkişafında yeni mərhələ

image-reklam_sirab_01

Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı.

Tam qətiyyətlə demək olar ki, Azərbaycanda medianın dövlət maliyyələşməsində tamamilə yeni bir mərhələ başlayıb. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, əgər biz indiyə qədər yalnız medianın dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmlərinin çap medianı əhatə etdiyi görürdüksə, bu gün artıq çap media ilə bərabər elektron (rəqəmsal) media da, xüsusilə onlayn media, audio-vizual medianın da Medianın İnkişafı Agentliyi tərəfindən maliyyələşdirildiyinin başlandığını görürük. Bu, sözsüz ki, əhəmiyyətli prosesdir və onun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, əgər indiyə qədər sadəcə media orqanları agentlik xətti vasitəsi ilə büdcədən maliyyələşirdilərsə və bu maliyyənin hesabına daha çox öz mövcudiyyətlərini qoruyurdularsa, ancaq indi prinsip etibarı ilə yenilik, dəyişiklik, yeni tələblər var. Bu tələblərin əsası isə media orqanlarının həmin dəstək hesabına inkişafını təmin etməkdən ibarət olacaq.

Konkret desək, bundan sonrakı mexanizm sadəcə olaraq media orqanlarının arasında maliyyənin bölüşdürülməsi prinsipinə əsaslanmır, həm də həmin maliyyə əsasında media orqanlarının nədən başlayıb, nəyə doğru getdiyini və hardan hara inkişaf etməli olduğunu da aydın göstərməlidir. Məsələn, indiyə qədər bir qayda olaraq yalnız çap mediasına maliyyə vəsaiti ayrılırdısa, bu gün artıq əksər çap media orqanlarının nəzdində fəaliyyət göstərən saytların (web) da maliyyələşdirilməsi əsas diqqət çəkən məqamdır. Bundan başqa mexanizm elə qurulub ki, sonrakı mərhələlərdə çap mediasının onlayn varianlarının inkişafının daha çox həvəsləndirilməsi və yönləndirilməsi açıq-aşkar ortadadır. Yəni mexanizm elə qurulub ki, bundan sonrakı mərhələlərdə çap medialarının onlayn növləri inkişafa daha çox meyillənməlidir və daha böyük nəticələr ortaya qoymalıdır.

Bundan başqa, rəqəmsal media orqanlarının, yəni müstəqil saytların, audio-vizual media orqanlarının maliyyələşmə mexanizmlərinin tətbiqi prosesin həm şəffaflığını təmin edir, həm də alınan maliyyənin daha çox nəticə yönümlü layihələrə və fəaliyyətlərə yönləndirilməsini şərtləndirir. Bir sözlə, medianın inkişafında yeni mərhələ, yəni onlayn medianın da maliyyələşdirilməsi sadəcə olaraq maliyələşən subyektlərin xarakterinin dəyişidirilməsi kimi başa düşülmür. Yəni indiyə qədər çap mediası maliyyələşdirilirdi, bundan sonra çap media ilə bərabər onlayn media orqanları da agentlik xətti ilə maliyyələşəcək kimi sadə deyil. Burada məsələnin mahiyyəti həm də ondan ibarətdir ki, xüsusilə də həm çap media orqanları, həm də onlayn media orqanları dövlətdən aldıqları maliyyə dəstəyi hesabına daha çox inkişaf təmayülləri ortaya qoymaq öhdəliyi altındadır. İndiki maliyyələşmə mexanizmi daha çox inkişafa meyilli olmaq öhdəliklərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

Şaxmuradova Nuray – Azərbaycan Dillər Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki