Türkiyə milli komandasının baş məşqçisi təyin edilən Sergen Yalçın mətbuat önünə çıxıb.
Vətəninfo.az xəbər verir ki, o, əsas yığmaya təyinatından və planlarından danışıb.
“Bizi belə bir vəzifəyə layiq gördükləri üçün TFF-yə təşəkkür edirəm. Bu gün, bəlkə də karyeramın ən vacib günüdür. Hamımız üçün hər şeydən üstün olan Türkiyə millisindən danışırıq. Ümid edirəm ki, bundan sonrakı dövrdə çox uğurlu günlər yaşayacağıq. Birliyə və həmrəyliyə böyük ehtiyacımız olacaq. Ümid edirəm ki, bizi çox gözəl günlər gözləyir”, – deyə o bildirib.
S.Yalçın xalqın baş məşqçisi olduğunu deyib: “Futbolda işlər bəzən yaxşı, bəzən isə pis gedir. Milli komanda ruhunu ön plana çıxaracağıq. Mən xalqın baş məşqçisiyəm. Bu yolda hər kəsə ehtiyacımız var. Milli komandaya maraq yenidən qayıdacaq. Xalqımız yenidən milli komandanın arxasınca gedəcək.
Bu, asan bir dövr deyil. Qarşıda Avropa çempionatı və dünya çempionatı var. Prezidentimizlə danışarkən bunları nəzərə aldıq. Müddətimiz yalnız buna çatır. Düşünürəm ki, hamımız birlikdə həmin həyəcanı yarada biləcəyik”.
Qeyd edək ki, Sergen Yalçın Türkiyə millisi ilə 4 illik müqavilə imzalayıb.


























