image-6backend

Millət vəkili təltif edildi -FOTOLAR

image-reklam_sirab_01

Mərkəzi İstanbulda yerləşən Türk Dövlətləri Təşkilatının Baş Ofisində keçmiş Baş katiblərin portretlərinin asılma mərasimi, həmçinin fəaliyyət göstərdikləri dövr ərzində səmərəli və effektiv işlərinə görə mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi səhifəsində geniş məlumat verilib.

Mükafatlandırma və portretlərin asılma mərasimində Türk Dövlətləri Təşkilatının keçmiş Baş katibi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən iştirak edib. Qonaqları böyük səmimiyyətlə salamlayan Türk Dövlətləri Təşkilatının (TDT) hazırkı Baş katibi, səfir Kubanıçbek Ömüralıyev fəaliyyət göstərdiyi dövr ərzində deputat Ramil Həsənin fəaliyyətinin yüksək olduğunu, dövlətlərarası münasibətlərin, eyni zamanda Türk dünyasının inkişafında aktiv rol aldığını xüsusi qeyd edib və bir daha Türk Dövlətləri Təşkilatı Baş katibliyində onu görməkdən böyük məmnunluq duyduğunu vurğulayıb. Öz növbəsində millət vəkili Ramil Həsən səmimi qəbula görə təşəkkür edib, bundan sonra da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarımızın vermiş olduğu direktivlər və hədəflər istiqamətində fəaliyyətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu ifadə edib. Daha sonra Türk Dövlətləri Təşkilatının (TDT) keçmiş üç Baş katibinin Halil Akıncı, Ramil Həsən və Bağdad Amreyevin beynəlxalq münasibətlər sistemindəki təcrübəyə müvafiq sürətdə portretlərin asılması mərasimi keçirilib, həmçinin Ramil Həsənə Türk Dövlətləri Təşkilatının (TDT) indiki Baş katibi cənab səfir Kubanıçbek Ömüralıyev tərəfindən xüsusi mükafat təqdim edilib.
Tədbirin sonunda ailə fotosu çəkilib və medianın sualları cavablandırılıb.

Onuda qeyd edək ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibliyinin bütün əməkdaşları iştirak edib.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki