Naxçıvan Muxtar Respublikasının təhsil sistemində baş verən neqativ hallarla bağlı redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Bu dəfə təhsil ocağındakı biabırçı mənzərə və ciddi qanunsuzluq iddiaları ilə gündəmə gələn təhsil müəssisəsi Babək rayonunun Sirab kənd tam orta məktəbidir.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən məktəbdə müəllimlərin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi iddialar səslənmişdi. Belə ki, məktəbdə ümumi repetitor fəaliyyətinə məhdudiyyət qoyulduğu halda, bəzi seçilmiş müəllimlərə guya şagirdlərə dərnək məşğələləri keçmək adı altında əlavə dərslər təşkil etməyə şərait yaradıldığı iddia olunurdu. Bunun müqabilində isə məktəb rəhbərliyinin hər ay müəllimlərdən haqq tələb etdiyi vurğulanırdı.
Məlumatlara görə, məktəbin direktoru Əli İsmayılov və dərs hissə müdiri-müavini Cinarə Babayeva 20-dən çox müəllimdən hər ay müntəzəm olaraq 150 manat məbləğində “yer pulu” yığırlar.
Məktəb yoxsa “dava-dalaş zalı”? – Şok Fotofaktlar!
Problemlərin bununla bitmədiyi gün üzünə çıxıb. Bu gün Vətəninfo.az-ın elektron poçtuna Sirab kənd məktəbindəki dözülməz ab-havanı, şagirdlərin dərs zamanı sinif otaqlarında törөtdikləri əməlləri əks etdirən fotofaktlar göndərilib.
Göndərilən kadrlardan açıq-aydın görünür ki, təhsil ocağı artıq bilik yuvası olmaqdan çıxıb, sanki “dava-dalaş zalı”nı xatırladır. Şagirdlərin nizam-intizamı tamamilə pozduğu, dərsin gedişatına hörmətsizlik etdiyi və sinif otaqlarında müxtəlif “hoqqabazlıqlar” törөtdikləri diqqətdən yayınmır.
Ən təşviqedici məqamlardan biri isə məktəb direktorunun qardaşı oğlu Malik İsayevin sinif otağında və məktəb divarları arasında kriminal aləmi (“OĞRU DÜNYA”sını) simvolizə edən jestlərdən və əl hərəkətlərindən istifadə etməsidir. İddia edilir ki Malik İsayev yaşı az olmasına baxmayaraq Sirab kəndində piyvəxanada işləyir.
Yeniyetmələrin bu cür qeyri-etik və təhlükəli ünsürlərə meyvələnməsi təhsil müəssisəsində idarəetmənin tamamilə çökdüyünü göstərir.
Bütün bu baş verənlər fonunda məktəbin direktoru Əli İsmayılovun tabeçiliyində olan təhsil ocağında baş verən özbaşınalıqlara göz yumması, sanki məktəbdə nələrin baş xəbərdar olmaması və ya görməzdən gəlməsi böyük suallar doğurur. Valideynlər və yerli sakinlər haqlı olaraq narahatdırlar: Naxçıvan təhsilində aparılan islahatlar fonunda Sirab kənd məktəbində hökm sürən bu yarımtapkan vəziyyətə nə vaxt son qoyulacaq?
Məsələ ilə bağlı aidiyyəti qurumların – Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ciddi araşdırma aparmasını və təcili tədbir görməsini gözləyirik.
Mövzunu diqqətdə saxlayacağıq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


























