image-reklam-veteninfo
image-img_1927backend

Zəngəzurun dünəni, bu günü və sabahı” mövzusunda tədbir keçirdi-Saray 4 saylı orta məktəbində

image-reklam-veteninfo

20 oktyabr 2026-cı il tarixdə Abşeron Saray 4 saylı  orta məktəbində Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyi “Zəngəzurun dünəni, bu günü və sabahı” mövzusunda tədbir keçirdi. Layihə rəhbəri Oktay Sadıqov şagirdləri Zəngəzurun keşməkeşli tarixi haqqında məlumatlandırdı. O, öz çıxışında ermənilərin 1905-07, 1918, 1998-ci illərdə Zəngəzurda törətdikləri soyqırımı xüsusilə vurğuladı. Dünyanın iri dövlətlərinin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasından, şərqdən-qərbə gedəcək ticarət yollarının əhəmiyyətindən, Azərbaycanın ayrı düşmüş hissəi olan Naxçıvanla birləşəcəyindən, Qərbi Azərbaycana qayıdışın Zəngəzurdan başlayacağından, Şərqi Zəngəzurda aparılan tikinti işlərindən, prezidentin apardığı məqsədyönlü xarici siyasətin əhəmiyyətindən və s. danışdı.

Tədbirdə məktəbin pedoqoji kollektivinin nümayəndələri və layihənin psixoloqu da Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında fikirlərini bildirdilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki