Ermənistan mediasının məlumatına görə, İrəvan dəfələrlə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində olmadığını bildirsə də, Rusiya Ermənistanı yüksək qiymətlərlə və təhdidlərlə “qorxutmağa” davam edir.
Vətəninfo.az xəbər verir ki, xüsusilə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan olan Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin hesabatında bildirilir ki, əgər ölkə AİB-dən çıxsa, Ermənistana qaz idxalının dəyəri 69% artaraq ildə 657,5 milyon dollara çatacaq.
Hesabatda həmçinin qeyd olunur ki, Yerevanın hərəkətlərinin yaratdığı risklər nəzərə alınmaqla, AİB ölkələri Ermənistanın birlikdəki iştirakını müvəqqəti olaraq dayandıra bilərlər.


























