image-reklam-veteninfo
image-1backend

Fransada kütləvi həbslər BAŞLADI

image-reklam-veteninfo

Fransada etirazların iğtişaşlara çevrilməsindən sonra 123 nəfər həbs olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Cerald Darmanin “Europe 1” radiosuna və “CNews” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərdən bəziləri məhkəməyədək həbsdə saxlanılır, digərləri isə məhkəmə qərarı ilə həbs edilib.

Etirazlar sentyabrın ortalarında məktəblərdə şəraitin yaxşılaşdırılması tələbi ilə başlayıb. Daha sonra qiymət artımından narazı vətəndaşların da qatıldığı aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.

Oktyabrın 17-də keçirilən kütləvi nümayişlər zamanı toqquşmalar və mağazaların talan edilməsi halları qeydə alınıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün aksiyalarda təxminən 550 min nəfər iştirak edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki