image-reklam-veteninfo
image-screenshotbackend

Qənirə Ataşovadan Teymur Musayev və Pərviz Abubəkirova sərt sözlər

image-reklam-veteninfo

“Dişsiz nazir getdi, bəs bioqrafiyasında nə qaldı? Teymur Musayev Azərbaycan səhiyyəsinin yaddaşında hansı uğurları ilə qalacaq? Uzun illər nazir vəzifəsində oturmaqla, yoxsa cəmiyyətin cavab gözlədiyi suallarla? Onun adı mənim üçün ilk növbədə həkim sertifikatları ətrafında gündəmə gələn 30 min manatlıq rüşvət qalqalı ilə assosiasiya olunur”.

Vətəninfo.az xəbər verir ki, bu sərt fikirləri jurnalist Qənirə Ataşova özünün Instagram profilində paylaşıb.
Qənirə Ataşova  paylaşımında qeyd edir ki, Teymur Musayev bundan sonra hansı kabinetdə oturur-otursun, vəzifəsi nə olur-olsun, həmin dövrün sualları onun ictimai bioqrafiyasının bir hissəsi qalacaq:” Rüşvətlə sertifikat satılanda sən hara baxırdın və imza atanda niyə sorgulamırdın? Bəs səhiyyə naziri kimi hansı böyük uğurları ilə yadda qaldı? Hansı islahatları həyata keçirdi? Hansı problemləri həll etdi? Mən onun fəaliyyətində Azərbaycan səhiyyəsinin inkişafına yönəlmiş elə bir nəticə görmürəm ki, illər sonra onun adı çəkiləndə ilk növbədə həmin uğur xatırlansın. Vəzifə tutmaq başqa şeydir, iş görmək başqa”.
Jurnalist paylaşımında  əvvəllır bir yerdə işlədikləri həmkarı Pərviz Abubəkirovu da sərt tənqid edib. Ataşova paylaşımında iddia edir: “ANS-dən də yaxşı tanıdığı həyatını ‘pullu kişilərə’ yaltaqlanmaqla keçirən Pərviz Abubəkirov məsələsinə gələndə ise mənim şəxsi jurnalist təcrübəm var. Pərviz ANS-də montajçı və texniki işçi idi. Həftə içi efirə verdiyimiz kriminal xəbərləri həftə sonundan bizdən yalvararaq alıb əməyimizi öz adından efirə verirdi. Onun gördüyü tək iş titrda öz adını yazmaq və Canção Do Mar-ın soundtrack-nı əlavə etmək idi. Xəbəri hadisə yerindən hazırlamaqla hazır materialları montaj edib təqdim etmək arasında isə ciddi fərq var. Pərvizin ali təhsil diplomu yox idi. Haradansa diplom alıb-almadığını, xüsusən də Rusiyadan-Ukraynadan diplom gətirib-gətirmədiyini bilmirəm. Amma sualım başqadır peşəkar hazırlığı və səriştəsi barədə ictimaiyyətə aydın təsəvvür verilməyən bir şəxs necə oldu ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etdi? Nazirliyin mətbuat xidməti də məhz həmin dövrdə mənim müşahidəmə görə, öz əsas funksiyasını yerinə yetirə bilməyən, ictimaiyyətlə normal kommunikasiya qura bilməyən bir struktura çevrilmişdi”. Jurnalist paylaşımında daha sonra vurğulayır ki,indi Teymur Musayev getdi. Onunla bir dövr də bitdi. Nazir kreslosu insanı uğurlu rəhbər etmir, montaj masasının arxasında keçən illər də səni jurnalist etmir. İkinizi də mənasız adam kimi xatırlatacaq.”

Redaksiyadan:Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki