Azərbaycanın milli aviadaşıyıcısı “AZAL Hava Yolları” QSC Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəməyə hazırlaşır.
Vətəninfo.az AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə 2024-cü ilin noyabr-dekabr ayları üçün 56664 manat, təqribən 32 min avro ödəyəcəyi deyilir.
Məlumatda bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2024-ci ilin noyabr-dekabr ayları üçün 32 min avro ödəyəcək.
Qeyd edək ki, AZAL-ın bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.
Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.
Vətəninfo.az