Fransanın PSJ klubu Lionel Messi və Neymarla yollarını ayırmaq niyyətindədir.
Bu barədə jurnalist Pedro Morata bildirib.
Onun sözlərinə görə, rəhbərlik hər iki oyunçunun yeni layihəyə uyğun gəlmədiyini hesab edir. Layihəni idman direktoru Luis Kampos və yeni baş məşqçi təyin olunacaq Kristof Qaltyen irəli sürüb.
Onların ideyası kadr potensialını yüksəltmək, rəqabəti artırmaq və yeni, daha rəqabətədavamlı komanda yaratmaqdır.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustundan, Neymar isə 2017-ci ildən Paris təmsilçisində çıxış edir.