image-edbd0936-ff13-4edb-ad16-c100fcbb38d5backend

Qarabağın Cənubi Qafqazda strateji mövqeyi

image-reklam_sirab_01

Qarabağın Cənubi Qafqazda strateji mövqeyi.

Qarabağ Azərbaycanın mərkəzində və qərbində yerləşir. Dağlıq Qarabağ vilayətinin tərkibinə əsasən keçmiş Ağdərə rayonu, Əsgəran rayonu, Xocavənd rayonu, Şuşa və Xankəndi şəhərləri daxildir. Qarabağ ərazisi tarixən Qafqaz Albaniyasının Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur.

19-cu əsrin əvvəllərindən, yəni 1920-ci ildən başlayaraq ermənilər bura köçürülmüşdür. Ermənidilli mənbələrdə bu bölgənin adı “Artsax” kimi adlanırdı. Əslində bu sözün kökü Azərbaycanlı türklərinə aiddir. “Ərsak” sözü bu ad da o ərazidə yaşayan sak tayfalarının adı ilə bağlıdır.

Keçən əsrin 90-cı illərində Qarabağ erməni təcavüzünə məruz qalmış 20%-i işğal olunmuşdur. 30 il işğal dövründə sözün əsl mənasında erməni vandalizmləri tərəfindən dağıdılmışdır.

Prezident İlham Əliyev cari ilin 27 iyun tarixində Ümumdünya şəhər forumunda “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış etmişdir. Çıxışında Şuşa şəhərinin bütövlükdə Qarabağın yenidən bərpa olunması haqqında danışmışdır. Bildiyimiz kimi, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmuşdur. Bütün şəhərlərimizin yenidən bərpa olunması və qurulması naminə “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” adlı proqram həyata keçirilir.

Zəngilanda “Ağıllı kənd”, Ağdamda “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsi, parklar, yaşayış evlərinin salınması buna bariz nümunədir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı demək olarki, daşı-daş üstündə qoymamışdılar. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Daha çox Ağdam, Zəngilan, Qubadlı, Füzuli erməni barbarlığı nəticəsində dağıdılmışdır. Ağdam şəhəri o dərəcədə dağıdılıbki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hirosiması” adlandırıblar. Torpaqlarımız işğaldan azad olunduqdan sonra xarici diplomatlar, jurnalistlər həmin torpaqlara səyahət etmiş erməni barbarlığını öz gözləri ilə görüb şahidi olmuşdular.

2020-ci ildə 10 noyabr Bəyannaməsinə əsasən Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Cənab Prezident İlham Əliyevində bəyan etdiyi kimi, “Biz regionda sülhü təşviq edirik”. Təbiki, yenidən qurma işləri, infrastruktur işlərinin həyata keçirilməsi ilə başlanılıb. Lakin erməni təcavüzkarlarının kütləvi mina prosesi həyata keçirdiklərinə görə görə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını ləngidir. 2020-ci ildə “Vətən müharibəsi” sona çatdıqdan sonra mina patlaması nəticəsində 220 mülkü şəxs öz həyatını itirmişdir. Ermənistan tərəfi Qarabağ ərazisinə 1 milyondan artıq mina basdırmışdır. Lakin Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən imtina edir. Ermənistanın Azərbaycana qarşı hələ də təcavüzü davam edir. Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətinə baxmayaraq Azərbaycan Qarabağda yenidən qurma layihələrini həyata keçirəcək və Qarabağı Cənubi Qafqazın ən inkişaf etmiş vilayətinə çevirəcəyik.

Nəsimi rayon sakini

Abbasova Pərvanə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki