Qazaxıstanın Belkopa qəsəbəsi yaxınlığındakı Samara-Şımkent avtomobil yolunda “DAF” markalı yük maşını ilə “QAZell” markalı minik avtomobili toqquşub.
Vətəninfo.az xəbər verir ki, “Kazinform” agentliyi xəbər verir ki, ilkin məlumatlara görə, yük maşını qaydaları pozaraq qarşı yola çıxıb.
“İlkin məlumatlara görə, “DAF” markalı yük maşını qarşı yola çıxıb”, – cümə axşamı Aktobe vilayətinin polis idarəsinin rəisi Abay Jusupov bildirib.
Qəza nəticəsində “QAZell”də olan hər iki sürücü və on sərnişin hadisə yerində keçinib. Beş nəfər xəstəxanaya çatdırılıb.
İnsidentlə bağlı ibtidai istintaq başladılıb. Hadisə yerində polis və istintaq qrupu işləyir. Qəzanın bütün halları araşdırılır, zəruri istintaq hərəkətləri aparılır.
Aktobe vilayətinin icra orqanından verilən məlumata görə, xəstəxanaya çatdırılan beş yaralıdan üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib.