image-skeletbackend

Qəbələdə kişi skeleti tapıldı: Vəhşi heyvanlar parçalayıb

image-reklam_sirab_01

Dünən günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd edilir ki, skeleti aşkarlanan kişini vəhşi heyvanlar parçalayıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin 2022-ci ilin dekabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki