image-85-nizami-eminovbackend

Sağlam cəmiyyət formalaşdırmaq üçün idmana üstünlük verilməlidir

image-reklam_sirab_01

Hər bir cəmiyyətin fərqli şəkildə öz həyatlarına daxil etdiyi idmanın sağlam həyatın əsas simvolu olmaqla yanaşı, digər millətləri, cəmiyyətləri yaxınlaşdırma, inteqrasiya etdirmək kimi bir xüsusiyyəti də vardır. Siyasi-iqtisadi cəhətdən inkişaf məsələsi idman sahəsində də özünü göstərir. İnkişaf etmiş yaxud inkişaf etməkdə olan ölkələr idmanın hər bir növü ilə maraqlanır və uğurlu olmağa çalışır.
Ulu öndər 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirirdi. Sonrakı dövrlərdə Ulu Öndərin müəyyən müddət hakimiyyətdən getməsi ilə idman sahəsində də müəyyən durğunluq yaranır, lakin 1993-cü ildən – ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyiş təmin olundu. Ulu Öndərin idmana olan bu qayğısını cənab Prezident İlham Əliyev uğurla davam etdirməyi bacarmışdır. Belə ki müxtəlif illərdə Azərbaycanda keçirilən beynəlxalq yarışmalar: Avropa oyunları, İslam Həmrəylik oyunları, Voleybol üzrə qadınlararası Avropa çempionatı, Formula-1 və.s bunun sübutudur.
Təqdirə layiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıq qaldırmanın yalnız peşəkarların məşğul olduğu pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar. Cənab Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır”.
Azərbaycanda idmana qayğı təkcə mərkəz şəhərlərdə deyil, bölgələrdə də diqqət mərkəzində saxlanılır. Bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”.
Son olaraq qürur və sevinc hissi ilə bir məsələni də qeyd etmək lazımdır ki, 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda da canlanma müşahidə olunmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir: “Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır”.

Nizami Eminov
Suraxanı rayonu 85 nömrəli tam orta məktəb
Təlim-tərbiyə üzrə direktor müavini

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki