image-asiq-veysel-5backend

Tanınmış Türk ozanı Aşıq Veysəl UNESCO-nun anım proqramına daxil edildi – FOTO

image-reklam_sirab_01

Böyük aşıq Aşıq Veysəl UNESCO-nun 2023-cü il anım proqramına daxil edilib. Əlli il əvvəl vəfat edən Veysəl, ölkənin mədəni dəyəri olan, Türkiyənin aşıqlıq ənənəsinin ən önəmli nümayəndələrindən sayılır . Aşık Veysəlin vəfatının 50-ci ildönümü Türkiyədə və xaricdə təşkil edilən tədbirlərlə anılacaq.

Bədahətən deyilən şeiri və musiqini birləşdirən çoxşaxəli Anadolu aşıq sənəti, beş yüz ildən artıqdır ki, Anadoluda tətbiq edilir və Türkiyədə mədəni yaddaşın və zənginliyin mühüm ifadə formasıdır. Dünya miqyaslı xalq aşığı Aşıq Veysəl (Şatıroğlu) bu xalq sənətkarlarının ən məşhurlarındandır və onun sənəti vəfatından sonra da tolerantlıq, sevgi və vətənpərvərlik mesajları ilə bəstələnmiş misralarla bəşəriyyəti və gələcək nəsilləri aydınlatmağa davam edir .

UNESCO , 41-ci Baş Konfransda qəbul edilən qərarla şairin vəfatının 50-ci ildönümü ilə bağlı 2022-2023-cü illərdə Aşıq Veysəli də yubiley tədbirlərinə daxil edib. Proqram çərçivəsində Aşıq Veysəl il boyu həm Türkiyədə, həm də xaricdə keçirilən görüşlər, sərgilər və konsertlər kimi müxtəkif tədbirlərlə anılacaq.

Aşıq Veysəl : Aşıq ənənəsinin son böyük təmsilçisi

1894-cü ildə Sivasın Şarkışla rayonunun Sivrialan kəndində anadan olan Aşıq Veysəl 7 yaşında keçirdiyi suçiçəyi xəstəliyindən hər iki gözünü itirib. O, on yaşında saz (türk xalq musiqisində istifadə olunan simli alət) çalmağa başlayıb. 1933-cü ildə sənətkar ifaçı kimi Türkiyəni gəzməyə başlayır, səfər boyunca insanlara saz çalmağı öyrədir.

Xalq və ziyalılar arasında körpü quran Aşıq Veysəlin şeirləri müxtəlif mövzuları əhatə edir. Türk təsəvvüf şairi Yunusdan təsirlənsə və bəstələrində təsəvvüfün izləri olsa da, Veysəl, xüsusilə də sevgi şeirləri baxımından digər böyük türk şairi Karacaoğlanın davamçısı hesab olunur.

Aşıq Veysəlin ilk şeiri Cümhuriyyətin 10-cu ildönümündə Atatürk üçün oxuduğu dastandır. İlk şeir kitabı 1944-cü ildə nəşr olunan “Deyişlər” , sonuncusu isə bütün şeirlərini toplu halına gətirdiyi “Dostlar Beni Hatırlasın” (1970) idi. Digər şeirləri 1949-cu ildə nəşr olunan “Sazımdan Səslər” adlı əvvəlki cilddə toplanmışdır .

Aşıq Veysəl həmişə insanı və həyatı qucaqlayan, anlamağa və mənalandırmağa çalışan biri kimi xatırlanacaqdır. O, bu gün də gələcək nəsillərə təbiət sevgisi və xeyriyyəçilik, dostluq, birlik və həmrəylik mövzusunda qiymətli misralar bəxş etmiş mühüm xalq aşığı kimi xatırlanır .

Sivasdakı Ev Muzeyi fiziki məhdudiyyətli ziyarətçiləri qəbul edir

Aşıq Veysəl 21 mart 1973-cü ildə doğulduğu Sivrialan kəndində vəfat edib. Vəfatından sonra evi muzeyə çevrilib və içindəki əşyalar qorunaraq saxlanılıb. 2012-ci ildə beynəlxalq layihə ilə təmir olunan Muzeydə Veysəlin çarpayısı və radiosu, şairin bir çox geyimləri və şəxsi əşyaları nümayiş etdirilir. Ziyarətçilər həmçinin şair-aşıqla müxtəlif televiziya müsahibələrinin yazılarını dinləyə bilirlər.

Avropa Birliyi (AB) Türkiyə Mədəniyyətlərarası Dialoq və Muzeylər Qrant Proqramı çərçivəsində, Sivas Muzey Müdirliyi tərəfindən icra edilən, Muzeylər Arası Mədəniyyət Alyansı Layihəsi çərçivəsində yenilənən məkanda,  ‘qaranlıq otaq’da görmə qüsuru olan şəxslər üçün Brayl əlifbası ilə yazılmış “Uzun ince bir yoldayım”yazısı yer alıbBu otaqda Aşıq Veysəlin heykəli də qoyulub.

Muzeydə həmçinin böyük şairin indiyədək görülməmiş radio və televiziya yazıları, eləcə də eşitmə məhdudiyyətliləri üçün xüsusi hazırlanmış, ingiliscə subtitrlərlə sənədli film nümayiş etdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki