ABŞ prezidenti Donald Tramp İranla bağlı siyasətini və bu ölkəyə qarşı hərbi müdaxilə qərarını müdafiə edib.
Vətəninfo.az xəbər verir ki, Tramp WABC77 radio kanalına müsahibəsində İranla imzalanmış nüvə sazişini yenidən tənqid edərək onu “fəlakətli” adlandırıb. O, sazişdən imtina etməsəydi, İranın nüvə silahı əldə edəcəyini və bundan qısa müddətdə istifadə edə biləcəyini açıqlayıb.
“Əgər mən həmin sazişi ləğv etməsəydim, İran nüvə silahı əldə edərdi və ondan tez bir zamanda istifadə edərdi. Onlar İsraili və Yaxın Şərqi məhv edərdilər”, – deyə, Tramp bildirib.
ABŞ prezidenti daha sonra İranın ABŞ-nin hücumlarına cavab olaraq bölgədəki Ərəb ölkələrinə raket zərbələri endirdiyini deyib. Onun sözlərinə görə, İran Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynə raketlər atıb.


























