ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun İrana qarşı elan etdiyi iqtisadi təzyiq kampaniyasına Tehranın nə qədər müddət davam gətirə biləcəyini proqnozlaşdırmaq çətindir.
O, bunu Newsmax telekanalına müsahibəsində deyib.
“Bunu həmişə proqnozlaşdırmaq çətindir və açığı, diqqətimizi buna yönəltmirik. Onlara böyük təzyiq göstərilir və bu təzyiq bizim əsas məqsədimizə – onların nüvə silahına sahib olmasının qarşısını almağa xidmət edir. Onların bir neçə həftə, bir neçə ay və ya daha uzun müddət davam gətirə bilməsindən asılı olmayaraq, əsas məqsədimiz budur”, – deyə Vens bildirib.
Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid” kampaniyasına başlanıldığını açıqlayıb.
ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, Tehranı dəstəkləyən ölkələr, maliyyə institutları, şirkətlər, hava limanları və ya dövlət qurumları ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcək.


























