Xarı bülbül gülü Şuşanın rəmzidir. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Bu səbəbdən 80-ci illərin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı da, məhz Xarıbülbülün adı ilə adlandırılıb.
“Xarıbülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. Festival 12-15 yaşlarında “Qarabağ şikəstəsi” muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanın sakinləri idilər.
1990-cı ildə Xarıbülbül festivalı beynəlxalq status aldı. Sonrakı dövrdə tədbirdə Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Holandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə baş tutmuşdur. Festival beynəlxalq status daşıyıb və təkcə Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub.
Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Münaqişənin aktiv fazaya keçməsi ilə festival Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Ağdamda keçirilən festivalda olan çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.
Festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində, Bərdə və Ağcabədidə də keçirilmışdi. Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər qatılmışdır.
Üçüncü festival 1991-ci ildə baş tutmuşdur. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılmışdır. Keçən illərdə iştirak edən ölkələrə Amerika və Avstraliyadan sənətçilər də qatılmışdır. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda keçirilmişdir.
1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında baş tutmuşdur.
O gündən bu günə 30 il ötdü… 30 illik həsrətdən sonra Şuşaya qovuşduq.. Xarıbülbül festivallının əyani şahidi olduq .Çox qürurvericidir!
Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.
Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır.
2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır: “İl ərzində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq”.
Verdiyeva Şəbnəm Nəsimi Rayon gənci