image-reklam-veteninfo
image-1backend

Netanyahu bu ölkəyə getsə həbs ediləcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Norveç xarici işlər nazirinin müavini Andreas Motzfeldt Kravik Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, Norveç İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir və baş nazir Benyamin Netanyahunun krallığa gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsinə dair orderi icra edəcək .

“İsrailin hərəkətləri tamamilə qəbuledilməzdir. Biz məktəblərin, xəstəxanaların, jurnalistlərin hədəfə alındığını görmüşük”, – diplomat Fələstin anklavındakı vəziyyət barədə danışarkən deyib. O vurğulayıb ki, Norveç hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsi ilə bağlı verdiyi qərardan xəbərdardır və “o, Norveç torpağına ayaq basarsa, bu əmri icra edəcək”. Kravik xatırladıb ki, krallıq bir sıra digər ölkələrlə birlikdə İsrailin maliyyə naziri Bezalel Smotriçə və milli təhlükəsizlik naziri İtamar Ben Qvirə qarşı sanksiyalar tətbiq edib.2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Fələstin ərazilərində törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki