image-reklam-veteninfo
image-27b74ad5-a0c8-4126-b804-3daa51b553e0backend

Yaddaş – dövlət və milli gücün təməlidir

image-reklam-veteninfo

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizimüəyyənləşdirir

Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş “İrs Keşikçisi” sənədli filminin təqdimatı keçirilib. İlk dəfə olaraq Çinin ən böyük media korporasiyasının audiovizual layihələrindən birinin Azərbaycan dilində versiyası hazırlanıb.

 İlk baxışdan söhbət mədəni və media həyatında baş verən bir hadisədən gedir. Bunun arxasında isə daha genişmiqyaslı prosesin izləri görünür: bu gün hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycanla Çin arasında humanitar əlaqələrin yeni mərhələsi formalaşır.

 XXI əsrdə mədəni irs dövlət üçün nə deməkdir? Tarixi yaddaş uğrunda mübarizə niyə beynəlxalq siyasətin bir hissəsinə çevrilir? Diplomatiyanın bəzən illər tələb etdiyi məqamlarda mədəniyyət dövlətləri bir-birinə yaxınlaşdıra bilərmi? Qarabağ və Şərqi Zəngəzurun mədəni məkanının geri qaytarılması və dirçəldilməsinin bənzərsiz mərhələsini yaşayan Azərbaycan bu prosesdə hansı yeri tutur?

 Bu və digər məsələləri barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva ilə müzakirə edirik.

 Təqdim olunan filmİrs Keşikçisiadlanır. Tədbirdəkiçıxışınızda məhz bu ada xüsusi diqqət yetirdiniz. “Keşikçianlayışı bu gün niyə belə böyük əhəmiyyət qazanır kəsb edir?

 Çünki irs öz-özünə qorunub saxlanmır. Hər bir memarlıqabidəsinin, əlyazmanın, musiqi ənənəsinin, milli sənətkarlıqnümunəsinin, dilin tarixi yaddaşın arxasında insanlar, institutlar, dövlət siyasəti ictimai məsuliyyət dayanır. İrsinmüxtəlif zamanlar arasında körpü olduğunu dərk etmək olduqcaəhəmiyyətlidir. O, bizə keçmişdən gəlib, bu gün bizimləbirlikdədir bizdən sonra yaşayacaq insanlara ötürülməlidir. Buna görə irsin keşikçisi, əslində, tarixi yaddaşındavamlılığının qorunmasına cavabdehdir. Bu əlaqə qırıldıqdacəmiyyət öz mədəni kodunun bir hissəsini itirməyə başlayır. Həmin əlaqə qorunduqda isə insanlar öz bəşəri mahiyyətini qoruyaraq irəli getmək imkanı qazanırlar. Məhz buna görəfilmin təqdimatı çıxışımda qeyd etdim ki, mədəni irs bu gün kimolduğumuzu əks etdirir gələcəkdə kim olacağımızı əsaslışəkildə müəyyən edir.

 Belə çıxır ki, mədəniyyətin qorunması artıq milli təhlükəsizlik məsələsinə çevrilib?

Müasir dünyada milli təhlükəsizlik anlayışı hərbi yaiqtisadi komponentdən xeyli genişdir. Buraya tarixi yaddaş, mədəni kimlik, dil, dəyərlər sistemi ictimai özünüdərk kimi amillər daxildir. Öz tarixini yaxşı bilən mədəniyyətininmənşəyini anlayan xalq informasiya, ideoloji ya mədənitəzyiq cəhdlərinə qarşı daha dayanıqlı olur. Tarixi narrativlərinbeynəlxalq rəqabət vasitələrindən birinə çevrildiyi son onilliklərdə bunu xüsusilə aydın gördük. Abidələr, toponimlər, arxivlər mədəni sərvətlər ətrafında mübahisələr bəzən siyasiəhəmiyyət qazanır. Buna görə milli irsin qorunması eynizamanda xalqın tarixi subyektliyinin qorunması deməkdir.

 Bu cür yanaşmaya mədəniyyət bərabər, həm dövlətçilik baxımından yanaşsaq, strateji təmkin, ardıcıllıq həlledici qərarlar üçün doğru zamanı seçmək bacarığıAzərbaycanın xarici siyasətində hansı rol oynayıb?

Prezident İlham Əliyevin siyasi kursunun səciyyəvixüsusiyyətlərindən biri strateji hədəfi görmək, ona çatmaqüçün ardıcıl şəkildə şərait yaratmaq ən əlverişli məqamyetişəndə hərəkət etmək bacarığıdır. Hələ 2020-ci ildə Prezidentbunu son dərəcə aydın ifadə etmişdi: “Nəyi vaxt, necə etməklazımdır, bunu mən bilirəm”. Bununla da belə yanaşmanın həmsiyasi, həm diplomatik müstəvidə dəfələrlə özünügöstərdiyini vurğulamışdı. Eyni zamanda, o, başqalarınıngündəliyinə uyğunlaşmayan, əksinə, öz gündəliyiniformalaşdıran fəal təşəbbüskar diplomatiyanın vacibliyinidaim vurğulayırdı. Burada diplomatik amil xüsusi əhəmiyyətdaşıyır. Azərbaycan uzun illər ərzində Prezident İlham Əliyevinrəhbərliyi ilə beynəlxalq hüquqi mövqelərini məqsədyönlüşəkildə möhkəmləndirib, öz arqumentlərini dünya ictimaiyyətinəçatdırıb, tərəfdaşlarının dairəsini genişləndirib, eyni zamandadövlətin iqtisadi siyasi potensialını artırıb. İkinci Qarabağmüharibəsi başa çatdıqdan sonra rəsmi Bakı özü sülh müqaviləsitəşəbbüsü ilə çıxış etdi, beş baza prinsipi təklif etdi sonrakıdanışıqlar prosesinin arxitekturasını faktiki olaraqmüəyyənləşdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldəolunmuş razılaşmaları Azərbaycanla Ermənistan arasındasülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını bu çoxillikxəttin mühüm nəticəsi kimi qiymətləndirmək olar: Stratejitəmkin təşəbbüskar diplomatiya ilə tamamlandı, nəticə isəbeynəlxalq hüquqi siyasi müstəvidə təsbit olundu.
Müasir Azərbaycan diplomatiyasının xüsusiyyətlərindən biri məhz budur: hadisələrin arxasınca getmək əvəzinə, imkandaxilində onların məntiqini formalaşdırmaq; tarixitələsdirməmək, lakin fürsət pəncərəsi açılanda həmin məqamahazır olmaq. Düşünürəm ki, son illərin hadisələri bu yanaşmanın qədər doğru vacib olduğunu aydın şəkildə göstərdi.Mədəni diplomatiya da istisna deyil.

 Qarabağ və Şərqi Zəngəzurla bağlı bu mövzu bu gün Azərbaycan üçün xüsusi məna daşıyır. Azad edilmiş ərazilərdə baş verənləri müasir Azərbaycanın ən böyük mədəni layihələrindən biri adlandırmaq olarmı?

 – Bu gün Qarabağda və Şərqi Zəngəzurda tarixi və mədəni həyatın geri qayıdışı ilə bağlı genişmiqyaslı prosesin şahidiyik. Əlbəttə ki, burada söhbət abidələrin, məscidlərin, tarixi binaların, muzeylərin, mədəniyyət müəssisələrinin və şəhər mühitinin bərpasından gedir. Baş verənlərin əhəmiyyəti isə daha dərindir. Bu torpaqların mədəni ab-havası geri qayıdır. Şuşada yenidən musiqi səslənir. Ənənələr dirçəlir. Festivallar, beynəlxalq mədəni tədbirlər keçirilir, muzeylər və yaradıcılıq məkanları açılır. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərərək regionun yeni təhsil və intellektual mərkəzini formalaşdırır. Qarabağın və Şərqi Zəngəzurun digər şəhərlərində qardaş türk ölkələrinin azad edilmiş ərazilərin dirçəldilməsinə töhfəsini simvolizə edən mənəvi və mədəni-maarif mərkəzləri yaradılır. Füzuli, Zəngilan və Laçın Qarabağı dünyaya bağlayan səma qapılarına çevrilib, yəni bütün bu şəhərlər mədəniyyətlərarası və regionlararası platformalara çevrilir. İnsanlar doğma evlərinə qayıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə millimədəni irsin qorunması və bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni məkanının dirçəldilməsi isə bu siyasətin ən mühüm tərkib hissəsinə çevrilib. Məncə, burada çox mühüm proses gedir: bu ərazilər ölkənin təkcə inzibati və iqtisadi məkanına qayıtmaqla yanaşı, ölkənin mədəni məkanına yenidən inteqrasiya olunur.

 Bəs dağıdılmış abidəni bərpa edib ilkin görkəminə qaytarmaq mümkündürmü? Tutaq ki, dı bərpa etmək olar, bəs yaddaşı?

 – Bu, bəlkə də ən çətin suallardan biridir. Binanın bərpası memarların, tarixçilərin, arxeoloqların və sənətşünasların üzərinə düşən peşəkar vəzifədir. Mədəni yaddaşın bərpası isə daha çox vaxt və bütün cəmiyyətin iştirakını tələb edir. Yaddaş insanlar vasitəsilə yaşayır. Məhz əcdadları əsrlər boyu Şuşada yaşamış ailə şəhərə qayıtdığı, uşaq valideynlərinin doğma şəhərini ilk dəfə gördüyü, “Xarıbülbül” festivalı yenidən keçirildiyi, muğam səsləndirildiyi, məktəblər və mədəniyyət mərkəzləri açıldığı zaman bu məkan canlanmağa başlayır. Buna görə də əsl dirçəliş oraya həyat qayıdanda, nəfəs duyulanda, abidə yenidən insan həyatının bir hissəsinə çevriləndə başlayır. Divarları qüsursuz şəkildə bərpa etmək olar. Mədəniyyət isə həmin divarların arasında insan hekayəsi yenidən yarandıqda meydana çıxır.

 Filmin təqdimatındakı çıxışınızda Heydər Əliyev Fondunun fəaliyyətindən də danışdınız. Azərbaycanın mədəniyyət siyasəti ölkə hüdudlarından kənarda nə dərəcədə geniş əhatə dairəsinə malikdir?

 – Azərbaycan uzun illərdir belə bir prinsipə əsaslanır ki, öz irsinə hörmət təbii olaraq digər xalqların irsinə hörmətlə müşayiət olunmalıdır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük işlər görür. Fondun mədəniyyət və bərpa layihələrinin coğrafiyası Azərbaycanın hüdudlarını aşaraq, müxtəlif ölkələri və sivilizasiya məkanlarını əhatə edir.
Baxın, Fondun dəstəyi ilə Fransanın Versal sarayında və Strasburq Kafedralında nə qədər müxtəlif bərpa ləri aparılıb, Luvrda layihələr həyata keçirilib, Vatikan və Romada erkən xristian katakombaları və abidələri, Bolqarıstandakı “Trapezitsa” Memarlıq-Muzey Qoruğu bərpa olunub. Fond mədəni təşəbbüslərlə yanaşı, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda təhsil, səhiyyə və xeyriyyə layihələri həyata keçirib. İslam mədəni ənənələrinə malik ölkə olan Azərbaycanın xristian ziyarətgahlarının və dünya sivilizasiyası abidələrinin qorunmasında iştirakı xüsusilə rəmzi məna daşıyır. Mədəni diplomatiyamızın mühüm xüsusiyyəti də məhz bunda özünü göstərir: öz kimliyimizi qorumaqla bərabər, dünya xalqları mədəniyyətlərinin müxtəlifliyinə hörmətlə yanaşırıq. Sözügedən siyasət Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, etimad mühiti yaradır və mədəniyyətlər, dinlər sivilizasiyalar arasında dialoqa töhfə verən etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir.

Dövrümüzdə “yumşaq güc” anlayışı tez-tez gündəmə gətirilir. Mədəniyyətə bu prizmadan yanaşmaq onu siyasi təsir vasitəsinə çevirmirmi?

– Mən bu məsələdə fərqlilik yaradan cizgiləri dəqiq müəyyənləşdirmək istəyərdim. Mədəniyyətdən yalnız siyasi təsir aləti kimi istifadə edildikdə o, səmimiyyətini tez itirir. İnsanlar bunu hiss edirlər. Əsl mədəni diplomatiya başqa cürqurulur. Onun əsasında maraq, hörmət, qarşı tərəfi anlamaqistəyi, çeviklik həssaslıq dayanmalıdır. Azərbaycanlıtamaşaçı Çin sivilizasiyası, Çin fəlsəfəsi, incəsənəti yaənənələri haqqında daha çox məlumat əldə edirsə, çinli tamaşaçıisə Nizamini, muğamı, Şuşanı, Azərbaycan xalçasını, ədəbiyyatımızı tariximizi özü üçün kəşf edirsə, qarşılıqlıtanıma məkanı yaranır. Bir-birini tanıdıqca isə etimad doğur. Məhz buna görə humanitar əlaqələr əksər hallarda bir çox siyasikonstruksiyadan daha dayanıqlı təməl yaradır.

 China Media Group-un layihəsi ilk dəfəbirbaşa Azərbaycan dilinə tərcümə olunub. Burada dil dərəcədə prinsipial əhəmiyyətdaşıyır? Axı filmi rus ya ingilis dilindəaltyazılarla da göstərmək olardı.

 Dil çox böyük əhəmiyyət daşıyır. Başqa birmədəniyyət insana onun ana dilində təqdimolunanda tamam fərqli qəbul edilir. Bu, auditoriyaya, onun mədəni məkanına milli kimliyinə hörmətin ifadəsidir. Buna görəİrsKeşikçisifilminin Azərbaycan dilindəversiyasının hazırlanmasını humanitarəlaqələrimizin yeni mərhələsinin mühüm rəmzikimi qiymətləndirirəm. Müasir Çinin inkişafınıminilliklər boyu davam edən sivilizasiyavarisliyinin qorunması, mədəni özünəinam, açıqlıq sivilizasiyaların qarşılıqlızənginləşməsi ilə əlaqələndirən Çin XalqRespublikasının Sədri Si Cinpinin yanaşması da xüsusi diqqətə layiqdir. Onun konsepsiyasındamədəni irs tarixi ənənəni modernləşmə innovasiyalarla birləşdirə bilən canlı inkişafresursu kimi qəbul olunur. Qlobal SivilizasiyaTəşəbbüsünü irəli sürən Si Cinpinmədəniyyətlərin müxtəlifliyinə hörmətə, bərabərhüquqlu dialoqa xalqların bir-birindən öyrənməsinə xüsusi diqqət çəkib.
Bu kontekstdə CMG-nin Azərbaycan dilinətərcümə olunan ilk audiovizual layihəsi dahadərin məna kəsb edir. Bu, ölkələrimiz arasındaqarşılıqlı marağın artdığının göstəricisidir.

  Bu gün Çin ilk növbədə iqtisadi sıçrayış, texnologiyalar, süniintellekt qlobal ticarətlə əlaqələndirilir. Belə sürətlimodernləşmə şəraitində Pekin qədim mədəniyyətə niyə bu qədərböyük diqqət ayırır?

 Bilirsiniz, uğurlu modernləşmə heç tarixi köklərdən imtinaetməyi nəzərdə tutmur. Əksinə, davamlı inkişaf müasirlikləsivilizasiya kimliyinin vəhdətindən yaranır. Çin yüksəktexnologiyaları, qlobal iqtisadiyyatı infrastruktur inkişafınıminilliklərə söykənən tarixə diqqətlə uzlaşdırmağın maraqlınümunəsini təqdim edir. Belə yanaşma Azərbaycan üçün anlaşılandır bizə yaxındır. Biz müasir dövlətik, texnologiyaları, infrastrukturu, beynəlxalq nəqliyyatmarşrutlarını yeni şəhərləri fəal şəkildə inkişaf etdiririk. Eynizamanda, tarixi yaddaş, ədəbiyyat, musiqi, memarlıq milli ənənələr bizim üçün fundamental əhəmiyyət daşıyır. Müasirlikləənənə heç bir halda ziddiyyət təşkil etməməlidir. Onlarınharmoniyası ciddi inkişaf resursuna çevrilə bilər. Üstəlik, bizimçoxlu ortaq cəhətlərimiz var.

  Nizami Gəncəvinin adını çəkdiniz. OnunYeddi gözəlpoeması Azərbaycanla Çin arasında özünəməxsus mədənikörpüdür. Sizcə bu tarixi parallel müasir dövr üçün niyə buqədər əhəmiyyətlidir?

 Dahi NizamininYeddi gözəlpoeması yalnız AzərbaycanlaÇin arasında təkcə körpü rolunu oynamır. O, həm Avrasiyanıbirləşdirməyə qadir olan bir mənəvi bağdır. Bu, Azərbaycanınbütün dünya ilə əlaqələrinin qədər dərin olduğunu göstərir. Böyük İpək Yolu malların daşındığı marşrut idi, lakinkarvanlarla birlikdə ideyalar, biliklər, bədii obrazlar, musiqi, fəlsəfə dillər daşınır yayılırdı. Nizami GəncəvininYeddi gözəlpoemasında Çin mədəniyyət xətti yer alır. HələXII əsrdə dahi Azərbaycan şairi Çini böyük intellektual sivilizasiya dünyasının bir hissəsi kimi qəbul edirdi. Bu, Avrasiyanın mədəni əlaqələrinin qədər dərin olduğununheyrətamiz nümunəsidir. Bu gün nəqliyyat dəhlizləri ŞərqləQərbi yenidən birləşdirir. Bu marşrutlarla yalnız konteynerlərdaşınarsa, onların potensialının cəmi bir hissəsindən istifadəetmiş olarıq. Müasir İpək Yolu ilə kitablar, filmlər, ideyalar, tələbələr, rəssamlar, musiqiçilər tədqiqatçılar da səyahətetməlidirlər. O zaman infrastruktur bağlılığı sivilizasiyabağlılığına çevriləcək.

 Belə çıxır ki, Orta Dəhliz sizin üçün həm iqtisadi, həm mədəni marşrutdur?!

Orta Dəhliz haqqında daha çox iqtisadiyyatın dili ilə danışılır. Bir qayda olaraq, nəqliyyatdan, logistikadan, çatdırılmamüddətlərindən, dəmir yollarından, limanlardan yükaxınlarından söz açılır. İstənilən böyük kommunikasiyaarteriyası isə zamanla humanitar coğrafiya da yaradır. Tarixiİpək Yolu nəhəng mədəni mübadilə zonası formalaşdırmışdı. Müasir nəqliyyat marşrutları XXI əsrin şərtləri daxilində analojitəkanlara səbəb ola bilər. Azərbaycan burada coğrafi, tarixi mədəni baxımdan unikal mövqeyə malikdir. Bu nöqteyi-nəzərdən biz Mərkəzi Asiya, Çin, Qafqaz, Türkiyə Avropanıhəm yalnız logistika deyil, həm humanitar baxımdan görüşməkanına çevrilə bilərik. Məncə, perspektivdə məhz mədəniməzmun iqtisadi əlaqələri xeyli dayanıqlı edə bilər.

 AzərbaycanÇin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldiyi elan olunub.  Bu səviyyədə tərəfdaşlıqmünasibətlərində mədəniyyət çox vaxt siyasət iqtisadiyyatınkölgəsində qalır. Sizcə, bu ənənəvi yanaşma indi dəyişə bilərmi?

 Məncə, artıq dəyişir. İqtisadiyyat dövlətlərin maraqlarınıəlaqələndirir. Siyasət qarşılıqlı fəaliyyət mexanizmləri yaradır. Mədəniyyət isə cəmiyyətləri birləşdirir. Üçüncü element olmadan strateji tərəfdaşlıq əsasən institusional səviyyədə qalabilər. Münasibətlər əsl mənada dərinləşir. Məhz buna görəPrezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı mövcud siyasi etimad səviyyəsi ölkələrimizarasında münasibətlərin humanitar ölçüsünün genişləndirilməsiüçün çox ciddi imkanlar yaradır. “İrs Keşikçisifilminintəqdimatında çıxış edənləri diqqətlə dinləsəniz, onların ikitərəfliəlaqələrin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinəçatdığını, mədəniyyət, təhsil, media, elm, turizm digərsahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunduğunuvurğuladıqlarını görərsiniz.

 Azərbaycanla Çinin hansı birgə layihələrini daha perspektivlihesab edirsiniz?

 İmkanlar çoxdur. Birgə sənədli filmlərin hazırlanmasındaböyük potensial görürəm. Məsələn, Azərbaycan keramikası iləÇin çinisinin, şəbəkə ilə Çin naxış sənətinin ortaq cəhətlərinigöstərmək, Çin Yeni ili ilə Novruz arasında paralellər aparmaq, kəlağayı hazırlama ənənələri ilə Çinin ipək toxuculuğu sənətinimüqayisə etmək digər paralelləri üzə çıxarmaq olar. Axıbunların hamısı Böyük İpək Yolunun qarşılıqlı təsirininnəticəsidir

Ədəbiyyatın tərcüməsi sahəsində böyük potensial var. Azərbaycanlı oxucu Çin ədəbiyyatı folkloru ilə, çinli oxucuisə Azərbaycan klassikası müasir müəlliflərlə tanış olmaqimkanı qazanmalıdır. Gənclər mübadiləsi çox vacibdir. Əgərmünasibətləri gələcək onilliklər üçün qurmaq istəyiriksə, Çin Azərbaycan gəncləri bir-birini tanımalı, bir-birinin diliniöyrənməlidirlər.
 Hazırda süni intellekt bir neçə saniyə ərzində təsvirlər, musiqi mətnlər yarada, itirilmiş obyektləri bərpa edə bilir. Bu haldabelə bir ziddiyyət yaranmazmı: texnologiyalar bir tərəfdən irsinqorunmasına kömək edəcək, digər tərəfdən isə onun orijinallığıbarədə təsəvvürləri zəiflədəcək?

– Bu, qarşıdakı illərin ən mühüm məsələlərindən biridir. Texnologiyalar mədəniyyət üçün çox böyük imkanlar yaradır. Süni intellekt tədqiqatçılara, bərpaçılara, arxivçilərə, tərcüməçilərə muzey mütəxəssislərinə kömək edə bilər. Texnoloji rekonstruksiya isə heç vaxt tarixi həqiqəti əvəzetməməlidir. Biz orijinal, elmi bərpa rəqəmsal interpretasiyaarasındakı fərqi aydın şəkildə anlamalıyıq. Süni intellektdövründə orijinallığın dəyəri, bəlkə , daha da artacaq. Keçmişin süni surətini yaratmaq qədər asanlaşırsa, orijinalınharada olduğunu, onun tarixini mənşəyini hansı elmiməlumatların təsdiqlədiyini bilmək bir o qədər vacib olacaq.
Buna görə mədəni irsin gələcəyi humanitar sahəmütəxəssisləri ilə texnoloqların çox sıx əməkdaşlığını tələbedəcək.

 Sonuncu sual: Sizin fikrinizcə, bu gün əslİrs Keşikçisikimdir?

 Məncə, irs keçikçisi özündən əvvəl yaradılanların dəyərinianlayan onları gələcək nəsillərə çatdırmaq məsuliyyətini hiss edən hər bir insandır.

Əbülfəz BABAZADƏ

Tərcümə etdi Hacı Cavadov




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki