Yaxın günlərdə qrant müsabiqəsinin elanı nəzərdə tutulub. Bu fikirləri mətbuata açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.
“Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və “Böyük qayıdış” prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və s. fəaliyyətlərin icrası hədəflənir. Yaxın günlərdə “Heydər Əliyev ili” ilə əlaqədar qrant müsabiqəsinin elanı nəzərdə tutulub.”