Yeni dünyada çiçəklənən Qarabağ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forum keçirilmişdir.
“Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdəarxası məqamları, bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər son dövrlərdə elmi dairələrdə daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, politoloqların, analitiklərin, elm adamlarının “Yeni Dünya Nizamı” haqqında müxtəlif fikirlər səsləndirməsi istər-istəməz bu məsələnin son dərəcə ciddi olduğundan xəbər verir.
Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.
Tarixi abidələr xalqın milli-mədəni irsini bu gündən sabaha daşıyan şahidlərdir. Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin analoqu yoxdur. Beynəlxalq aləmdə özlərini məzlum xalq kimi təqdim edərək, nəinki insanlığa bütövlükdə ətraf mühitə qarşı barbarlıq edirlər. Nüfuzlu beynəlxalq təşkilatların qərarları belə 30 il kağız üzərində qaldı. Yalnız Azərbaycan əsgəri tarixi ədaləti bərpa etdi. Qarabağı erməni təcavüzkar ordusandan azad etməklə əslində müasir dünyaya ermənilərin faşist xislətini göstərdi. 44 günlük müharibənin möhtəşəm qələbəsi erməni və havadarlarının xain simasını açdı.
Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib.
Göründüyü kimi erməni barbarlığı əslində müasir dünyanın sivil qaydalarına ziddir. Ancaq, təəsüf ki,hələ də bəzi dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə nəinki göz yumur, hətta, ermənilərin millətçi,təcavüzkar siyasətinə dəstək verir. Qarabağın işğal altında olduğu zamanda oranın sadəcə təbii sərvətləri və dini-tarixi abidələri talan edilmədi, eləcə də bioloji ehtiyatlarına qarşı terror həyata keçirildi. Füzuli rayonunda olduğumuz zaman demək olar ki, ağaclara rast gəlmədik. Sadəcə kolluqlar və ot örtüyü fonunda dağıdılmış evləri gözləmləmək mümkün idi. Füzuli şəhəri tamamilə dağıdılmışdır. Demək olar ki, salamat bina mövcud deyildir. Füzuli rayonu mədəniyyət mərkəzi, Məhəmməd Füzulinin heykəli və bir sıra mədəni tikililər tamamən dağıdılmışdır. Şəhərdə heç bir infrastruktur sağlam qalmamışdır.
Qarabağın dini tarixi abidələrinin durumuna gəlincə, burada abidələr ya tamamən dağıdılıb, ya qismən dağıdılın və içərisində müxtəlif növ heyvan saxlanılıb (xüsusilə dini abidələrdə), yaxud da abidəyə zərər vurulmağa cəhd olunub, erməniləşdirilmək üçün bərpa işləri aparılıb. Qarabağda sağlam qalan abidələrin vəziyyəti də ürəkaçan deyil. Buna misal olaraq yaşı 1 milyon ildən çox olan Azıx mağarasını göstərmək olar. Salamat qalan abidələrin digər bir qismi isə erməniləşdirilmişdir. Bu abidələr əsasən xristian albanlara məxsus kilsə və ya monastırlardır. Qarabağda yüzlərlə bu cür monastır və kilsələr vardır.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı.
tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.
Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” adlı gül bitir.
Təəssüflə qeyd olunmalıdır ki, artıq özü bütövlükdə böyük bir abidə olan Şuşa şəhəri ermənilər tərəfindən dağıdılmışdır. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilmişdir.
Amma nə gözəl ki, bu gün Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir. Təməlqoyma mərasimləri, bir sıra sosialyönümlü obyektlərin açılışı hər kəsdə ruh yüksəkliyi yaradır. Dövlət başçımızın və birinci xanımın Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli nümayəndələri, Milli Məclisin deputatları ilə birlikdə Molla Pənah Vaqifin büstü və məqbərəsinin, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştiraklarından onlar kimi biz də qürur duyduq, fərəhləndik, köksümüz sevincdən qabardı.
Bakı Musiqi Akademiyası
Özləm Əliyeva