image-7525a6a8-9126-4c9c-9edc-29d1159674ddbackend

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

image-reklam_sirab_01

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir.

 

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Böyük Qayıdış ərəfəsindədir. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır

 

İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur.Prezident İlham Əliyev Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacağını, Bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulacağını bildirib.

 

 

İşğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində, həmçinin “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. Videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. “Huayvei-Azərbaycan” şirkəti də ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa layihələrinə qoşulub. Şirkət Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə edəcək. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısaltmaq imkanına malikdir.

 

 

Həmçinin Azad olunmuş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyasının inşası aparılıb. Cari ildə beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

 

Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib.

 

Müharibədəncəmi 9 ay sonra isə Füzulidə  beynəlxalq hava limanının istifadəyə verildi. Bu hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin bir daha  təsdiqidir.  Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradılmasında əhəmiyyətli rol oynayır. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.

 

Həmçinin ötən il Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin inşasına başlanmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

 

İşğaldan azad edilən Şuşamızda da  böyük işlər həyata keçirilir və bu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülmüşdür. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapmışdır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur – üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq 1-ci məhəllənin təməli qoyulub. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır;

 

Hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Qarabağ Azərbaycandır!.

 

 

Nəsimi rayon sakini Ağayeva Nuridə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki