image-reklam-veteninfo
image-1backend

Tramp və Putin görüşmək barədə razılığa gəldilər – görüş Budapeştdə keçiriləcək

image-reklam-veteninfo

Macarıstanın Baş naziri Viktor Orban, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək sülh sammitinə hazırlıqların başladığını elan edib.

Orban bu barədə X sosial şəbəkəsində paylaşım edərək bildirib:

“Az əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığım oldu. ABŞ-Rusiya sülh sammitinə hazırlıq tam sürətlə gedir. Macarıstan sülh adasıdır.”

Məlumata görə, oktyabrın 16-da Tramp və Putin arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Tramp Budapeştdə görüşməyi təklif edib, Rusiya tərəfi isə bu təklifi müsbət qarşılayıb.

Hazırda sammitin dəqiq tarixi açıqlanmasa da, görüşün yaxın həftələrdə keçirilməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki