image-245214backend

Zəngəzur dəhlizi

image-reklam_sirab_01

Azərbaycan 44 günlük Vətən müharibəsində bizim ordumuz əsl əzmlik göstərib qalib oldular. Əsgərlərimizin qazandığı bu şanlı qələbə ilə təkcə işğal olunmuş torpaqları azad etmədi, həm də regionda və dünyada yeni reallıq yaratdı. Qələbəmizin rəsmi təsdiqini özündə ehtiva edən 10 noyabr sazişi bu reallığa öz möhürünü vurdu. Qələbəmizlə əlaqədar olaraq artıq işğaldan azad olunan rayonlarımızda yenidən qurma işləri aparılmağa başlayır. Təbii ki, bu təşəbbüsün həyata keçirilməsində cənab Prezidentimiz İlham Əliyevin rolu əvəzsizdir. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi bir az vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Münaqişə həll olunmamışdan əvvəl Azərbaycana “yol göstərmək” istəyən ölkələr bu gün bizimlə əməkdaşlığa can atırlar. Hətta həmişə Ermənistanın yanında olan dövlətlər yanlış siyasi mövqelərindən geri çəkilirlər, baxmayaraq ki Prezident İlham Əliyev hələ müharibənin gedişi zamanı belə mövqe sərgiləyən ölkələrə xəbərdarlıq edərək onların apardığı siyasətin gələcək iqtisadi əməkdaşlıqda nəzərə alınacağını bildirmişdi. Təsadüfi deyil ki, dövlət başçısının vaxtında etdiyi bu xəbərdarlıqdan bir çox ölkələr nəticə çıxarıb öz siyasi mövqelərində düzəliş etdilər.

Digər tərəfdən, Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Belə ki, Çinin dünyaya açılma siyasətinin beynəlxalq aləmin diqqət mərkəzində olması faktdır. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Bu səbəbdən də yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir. Xatırladaq ki, Çinin Avropa ilə ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollara yaxındır. Buna görə də Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nə böyük əhəmiyyət verilir.
Məlumdur ki, hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızğın iqtisadi və siyasi mübarizəyə başlayıblar. Çünki yüklər haradan keçərsə, o ölkə tranzit ərazi kimi milyardlarla dollar gəlir əldə edəcək. İndi bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən qərb sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir.
İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında böyük gəmilərin yan alaraq yükünü doldurub-boşaltması üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib.

Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi məsələlər əsas rol oynayacaq. Bu səbəbdən ölkəmizin həmin rəqabətdən üstün çıxacağına şübhə yoxdur. Çünki Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Daşınmanın müddətinin belə azalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələr mühüm rol oynayır.
Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər. Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çeviriləcək. Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

“Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək.
1. Türkiyə İranla 1996-cı ildə imzalanan qaz satış müqaviləsinə görə min kubmetr üçün 490 dollar ödəyir. Əgər qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşə bilər.
2. Dəhlizin açılması ilə Azərbaycanın Naxçıvana qaz göndərmək üçün İrana ödədiyi 15 faiz komissiya haqqı ortadan qalxa bilər.
3. Türkmənistandan Türkiyəyə çəkilişi planlaşdırılsa da, 2017-ci ildə maliyyə anlaşmazlığından dondurulan boru kəməri layihəsi Azərbaycandan Türkiyəyə çəkilə bilər.
4. Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələrsə, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud kəmərlərlə türkmən qazı Avropaya çatdırıla bilər.
5. İran və Ermənistan arasındakı boru kəmərinin əhəmiyyəti itəcək.
6. Türkiyə Orta Asiyadan Çinə uzanan yeni logistik kanala sahib olacaq.
7. 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapıları sonuna qədər Türkiyəyə açılmış olacaq”, – deyə məlumatda bildirilib.
Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı.” Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.
Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.
“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
“Tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.
Dünyanın həm qərb, həm də şərq ölkələrini birləşdirən nəhəng Zəngəzur dəhlizinin dəyəri yüksək qiymətləndirilir. Hesab edirik ki, bütün türk dünyasının xoşbəxt gələcəyi istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək bu addımların yüksək qiymətini tarix təsdiq edəcək.
1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük bir hissəsi Ermənistana verildi. İkiyə bölünmüş Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-1993-cü illərdə isə Zəngəzurun bu əraziləri də Ermənistan tərəfindən işğal edildi:
“Bu tarixi ədalətsizliyi xatırladan cənab Prezidentimiz İlham Əliyev demişdir: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
İki əsrdən bəri Azərbaycanın işğal edilən ərazilərinin ilk dəfə azad edilməsini əyani təsdiq edən II Qarabağ müharibəsindəki qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə bərabər Azərbaycanın tərkib hissəsi olan Naxçıvan regionu ilə kəsilmiş əlaqəsi bərpa olunur. Eləcə də türk dünyası üçün iqtisadi, siyasi və mənəvi bağların birbaşa əlaqəsinin yaranması və inkişafı prosesi reallaşırmağa davam edir.

Nəsimi rayon gənci- Lalə Yolçiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki