image-reklam-veteninfo
image-1backend

Rubiodan sensasion açıqlama : “İran hər gün danışıqlara başlamağı təklif edir ” 

image-reklam-veteninfo

ABŞ dövlət katibi Mark Rubio İran xarici işlər nazirinin ABŞ hücumlarına “gözə göz” prinsipi əsasında cavab veriləcəyi və Yaxın Şərqdəki ABŞ infrastrukturunun simmetrik şəkildə hədəfə alınacağı barədə açıqlamasına sərt reaksiya verib.

Vətəninfo.az xəbər verir ki, Rubio bildirib ki, ABŞ prezidenti Donald Trampın siyasəti də “gözə göz” prinsipinə əsaslanır və Tehranı atacağı addımların ağır nəticələri barədə xəbərdar edib.

Dövlət katibinin sözlərinə görə, İran tərəfi demək olar ki, hər gün telefon danışıqları aparmağa və razılaşma əldə etməyə çalışır, lakin sonradan öhdəliklərini pozur və ya əvvəlki razılaşmaların şərtlərini dəyişməyə cəhd göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki