image-reklam-veteninfo
image-1778053760_55backend

Yelo Bank niyə Avropa İttifaqının sankisyasına məruz qalıb? –Bankı Rusiya ilə nə bağlayır…

image-reklam-veteninfo

Yelo Bank 2026-cı ilin aprelində Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısına daxil edilib. Vətəninfo.az xəbər verir ki, hələ aprel ayında Avropa İttifaqının yaydığı açıqlamada  bildirlirdi ki, bankla bağlı müəyyən əməliyyatlara məhdudiyyət tətbiq edilir.

Yelo Bank isə rəsmi açıqlamasında sanksiyaların bankın Azərbaycandakı gündəlik fəaliyyətinə, müştərilərin əmanətlərinə və daxili bank əməliyyatlarına təsir göstərmədiyini, xidmətlərin normal qaydada davam etdiyini bəyan edirdi.

Maraqlıdır  ki, Azərbaycan banklarının heç zaman Avropa İttifaqı ilə hər hansı bir problemi olmayıb. Onda nədən Azərbaycanda fəaliyyət göstərən Yelo Bank  bu sankisyalara tuş gəlib? Sözsüz burada əsas amil Avropa İttifaqı üçün şübhəli bildiyi bank əməliyyatlarıdır. Deməli ən azından Yelo Bank bu əməliyyatları icra edib.

23 aprel 2026-cı ildə Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketi çərçivəsində Azərbaycandan yalnız bir banka Yelo Banka qarşı da məhdudiyyət tətbiq etdi.

Aİ-nin rəsmi izahına görə, Yelo Bank Rusiyanın SPFS (Rusiyanın SWIFT-ə alternativ maliyyə mesajlaşma sistemi) ilə əlaqəsi və ya Rusiyaya qarşı sanksiyaların dolanılmasına yardım etdiyi iddiaları səbəbindən sanksiya siyahısına daxil edilib. Bu sanksiyalar bankın Avropa İttifaqı ilə əlaqəli maliyyə əməliyyatlarına məhdudiyyət qoydu.

Yelo Bank isə yayımladığı rəsmi bəyanatda ittihamları qəbul etmədiyini bildirib və qeyd edib ki:

bank beynəlxalq sanksiya rejimlərinə (ABŞ, Aİ və BMT) əməl edir;
Azərbaycandakı fəaliyyətini normal qaydada davam etdirir;
müştərilərin əmanətləri və ölkədaxili bank xidmətləri təhlükə altında deyil.

Daha sonra bank Avropa ölkələrində və Avropa bankları vasitəsilə həyata keçirilən bəzi Visa və Mastercard əməliyyatlarında məhdudiyyətlərin tətbiq olunacağını, lakin Azərbaycan daxilində və bir çox digər ölkələrdə kart əməliyyatlarının davam edəcəyini açıqlayıb.

Bankın Rusiyaya görə sankisyalara səbəb olması bank rəhbərliyi amilini də qabardır.

Bankın rəsmi məlumatına görə, əsas səhmdar Marina Kulişovadır. 2022-ci ildə bankın səhmdar strukturunda dəyişiklik edilib və Marina Kulişova payını 98,91%-ə çatdırıb. Bankın İdarə Heyətinin sədri Anar Həsənov da səhmdarlar sırasına qoşulub.

Bank 1994-cü ildə yaradılıb.

2002-ci ildən uzun müddət Nikoil Bank adı ilə fəaliyyət göstərib.

2019-cu ildə isə rebrendinq aparılaraq adı Yelo Bank olaraq dəyişdirilib.

Lakin sosial şəbəkə seqmentlərində bankın əsas sahibinin Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus olduğu qeyd edilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki