ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırır, İrana qarşı əməliyyatın mümkün genişləndirilməsinə hazırlıq məqsədilə oraya qoşun və avadanlıq köçürür.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, son bir həftə ərzində ABŞ-dakı bazalardan Yaxın Şərqə xüsusi əməliyyat qüvvələrinin yerləşdirildiyi bildirilib.
Mənbə qeyd edib ki, regiondakı aviabazalara qırıcı eskadrilyaları yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bazalardakı bombardmançılar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qəzet onu da vurğulayır ki, bütün bunlar ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları artırmağı düşündüyünü göstərir.


























