Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov bildirib ki, Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 55 il keçir. Məhz Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi gün ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi məhz o dövrdən başlanıb və ölkəmizin bu gününün möhkəm təməli qoyulub. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bügünkü qüdrətli Azərbaycanı yaradaraq Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Bu gün Ümummilli Liderin ruhu şaddır. Tədbirdə Ulu Öndərin zəngin və mənalı həyatından, Vətən, xalq qarşısında misilsiz xidmətlərindən bəhs olunub, tarixi kadrlar nümayiş etdirilib.